NİKAHLI (ID - 31023)sif Nikahı olan, nikahlanmış, kəbinli. ..Şəriətdə heç bir müsəlman dörd nikahlı aryaddan artıq arvad ala bilməz, istər xəlifə olsun, istər çoban olsun. C.Məmmədquluzadə.
|
NİKAHSIZ (ID - 31024)sif Nikahı olmayan, nikahı kəsilməmiş, qeyri-rəsmi surətdə yaşayan.
|
NİKBƏT (ID - 31025)is. [ər.] Talesizlik, bədbəxtlik, iqbalsızlıq. □ Nikbət tutmaq - hər tərəfdən bəla üz vermək, bədbəxtlik basmaq. Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu. S.Hüseyn.
|
NİKBİN (ID - 31026)sif [fars.] Həyatdan razı, şən, ümidli, gələcəyə inanan, gələcəyi yaxşı görən; optimist (bədbin əksi). Nikbin adam. Niyaz ruhdan düşməmişdi, o yenə nikbin idi. M.Hüseyn. [Haşım] yaşının 100-ə yaxınlaşmasına baxmayaraq...
|
NİKBİNCƏSİNƏ (ID - 31027)zərf Nikbin əhvalruhiyyədə, şən, gələcəyə inamla. Şairin nikbincəsinə yazdığı əsər.
|
NİKBİNLİK (ID - 31028)is. Həyatda ancaq yaxşı cəhətləri görmə, müvəffəqiyyətə, gələcəyə inanma; şən və gümrah dünyagörüşü; optimizm (bədbinlik əksi). S. Vurğunun lirikasındakı nikbinlik. - Bir də aydın bir nikbinlik haradansa [Zeynalın] ruhunun...
|
NIKEL (ID - 31029)[alm. Nickel] 1. Gümüşü-ağ rəngli, parıltılı, çətin əriyən metal - kimyəvi element.
Üzərinə nikel sürtülmüş; nikelli, nikellənmiş. Nikel çaynik. - Kəllə pəncərələrin qabağında iki nikel çarpayı, küncdə yazı stolu... |
NİKELÇİ (ID - 31030)is. Nikel çəkən usta.
|
NİKELLƏMƏ (ID - 31031)“Nikelləmək” dən f.is.
|
NİKELLƏMƏK (ID - 31032)f Üzərinə nikel çəkmək. Samovarı nikelləmək.
|
NİKELLƏNMƏ (ID - 31033)“Nikellənmək” dən f.is.
|
NİKELLƏNMƏK (ID - 31034)məch. Üzərinə nikel çəkilmək.
|
NİKELLƏNMİŞ (ID - 31035)f.sif Üzərinə nikel çəkilmiş; nikelli. ..Zeynəb xala nikellənmiş, parpar parıldayan samovarı ortalığa gətirdi. M.İbrahimov.
|
NİKELLİ (ID - 31036)sif Üzərində nikel olan, üzərinə nikel çəkilmiş.
|
NİKNAM (ID - 31037)sif [fars.] köhn. Yaxşı ad qoymuş, yaxşılıqla xatırlanan, yad olunan. Həmiyyətkeş olub əhli-vətəndən ötrü bişübhə; Qazandı o bu niknamı olsun daima məzkur. “Əkinçi” .
|
NİKOL (ID - 31038)is. [xüs. is.-dən] İsland mineral maddəsindən düzəldilmiş prizma.
|
NİKOTIN (ID - 31039)[xüs. is.-dən] Tütünün tərkibində olan narkotik maddə; tənbəki zəhəri.
|
NİQAB (ID - 31040)is. [ər.] 1. Duvaq, üz örtüsü. Niqab çəkib məndən yaşınma, zalım; Pərişan olubdur mənim əhvalım. M.P.Vaqif. ..Bu halda üçüncü qapıdan çıxmış padşahın qızı üzünün niqabını atır. Ə.Haqverdiyev.
Keçmişdə döyüşçülərin,... |
NİQABLI (ID - 31041)sif Üzündə niqab olan, üzünə niqab salmış; duvaqlı. Qara saqqallı, üzü niqablı şəkillər xəmirlənərək taxçanın yanlarında divara yapışdırılmışdı. S.Rəhimov.
|
NİLUFƏR (ID - 31042)is. [fars.] Suzanbağı. [Lətif dostuna:] Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər nə desən taparsan. Mir Cəlal.
|
NİMCAN (ID - 31043)is. [fars.] köhn. Çox zəif, yarımcan. Qonşuda lakin neçə üryan da var, - qış, boran; Giryə də var, naləvü əfğan da var, nimcan; Sən ki şəriətçisən, ey binəva, qıl həya! M.Ə.Sabir. Gördü qar üstündə yatıb bir ilan; Şiddəti-sərmadan...
|
NİMÇƏ (ID - 31044)is. 1. Boşqab. Dərin nimçə. Dayaz nimçə. - Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi birparça əti eləcə qoyub əlindəki .. bıçağı yerə buraxdı. S.Hüseyn. Balaca mis sini. Kürsünün üstə nimçə və üstə...
|
NİMÇƏVARİ (ID - 31045)sif. Nimçə kimi; girdə, dəyirmi.
|
NİMDAŞ (ID - 31046)sif. [fars.] Bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, təzə olmayan. Nimdaş ayaqqabı. Nimdaş xalça. - Günlərin bir günü yenə də Koroğlu bir dəst nimdaş çodar paltarı geyib, Qıratı minib beləcə gəzməyə çıxmışdı....
|
NİMDƏR (ID - 31047)is. [fars.] Balaca döşək, döşəkcə. [Bülənd] dərhal ..Nazlının saldığı nimdərin üstündə oturub yastığa söykəndi. Ə.Əbülhəsən.
s |
NİMFA (ID - 31048)is. [yun.] Qədim yunan mifologiyasına görə, daşlarda, meşələrdə, bulaqlarda və s. yaşayan təbiət ilahələri.
|
NİMTƏN(Ə) (ID - 31049)is. [fars.] Qolsuz üst qadın geyimi, gödəkcə. Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. [Sayalı xala] sonra köhnə nimtənəsinin cibindən üç manatpul çıxarıb, Xasayın yastığının altına...
|
NİMTƏNƏLİ (ID - 31050)sif. Nimtənə geymiş, əynində nimtənə olan. Atlaz nimtənəli, ipək köynəkli; Yastı başı tirmə şallı Sənəm, gəl! Xəstə Qasım.
|
NİNNİ (ID - 31051)is. Layla, beşik mahnısı. // Məc. mənada. Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haqquşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu....
|
NİSAR (ID - 31052)is. [ər.] klas. Bağışlama, qurban etmə, vermə. Ələsgərəm, ismim deyim aşikar; Qədir bilən dosta başü-can nisar. Aşıq Ələsgər. □ Nisar etmək - vermək, bağışlamaq, qurban etmək. Sənə gülşəndə nisar etmək üçün hər nərgis;...
|
NİSBƏT (ID - 31053)is. [ər.] 1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur. - Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax. M.V.Vidadi.
Iki... |
NİSBƏTƏN (ID - 31054)zərf [ər.] Nisbət götürülərsə, müqayisə edilərsə; görə. Bu otaq o birisinə nisbətən böyükdür. Gecə gündüzə nisbətən sərindir. - [Qəhrəmanini] böyük bir həyətdən keçirib ikinci, nisbətən kiçik həyətə gətirdilər....
|
NİSBƏTLƏ (ID - 31055)1. Bax nisbətən. Zəki Məmmədbağıra nisbətlə çox qüvvətli idi. S.Hüseyn.
2. Münasibətlə, ...görə. Bizə, ya nə nisbətlə töhmət gəlir; Qaç, oğlan, qaç, at basdı, millət gəlir. M.Ə.Sabir. |
NİSBİ (ID - 31056)sif. Müqayisə üçün olan, qiyas və müqayisə ilə olan, başqa bir şey (şərait, vəziyyət və s.) ilə müqayisə edilməklə müəyyənləşdirilən. Nisbi anlayış. Nisbi temperatur.
|
NİSBİLİK (ID - 31057)is. Nisbi şeyin halı.
|
NİSF (ID - 31058)is. [ər.] Yarı, yarım. [Aşıq Cünun] gecənin bir nisfinə qədər çalıb-oxudu. “Koroğlu” . [Hacı Nuru şair:] [Əvvəllər] yanına.. nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə...
|
NİSGİL (ID - 31059)is. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd. Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev. [Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin...
|
NİSGİLLƏNMƏ (ID - 31060)“Nisgillənmək” dən f.is.
|
NİSGİLLƏNMƏK (ID - 31061)f Qəmlənmək, kədərlənmək, qüssələnmək, nisgil eləmək. Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənirdi. Çəmənzəminli.
|
NİSGİLLİ (ID - 31062)sif Ürəyində nisgil olan, daim qüssə çəkən, dərd çəkən, dərdli görünən; məhzun, kədərli, könlü tutqun. Nisgilli uşaq. Nisgilli qız. // Həsrət və dərdlə dolu; kədərli, yanıqlı. Ağıçının gözəl səsi və nisgilli ağısı...
|
NİSTAQM (ID - 31063)is. [yun.] Göz almasının qeyriiradi, ritmik hərəkəti ilə səciyyələnən patoloji hal.
|
NİSTATİN (ID - 31064)is. [lat.] Antibiotiklər qrupundan dərman preparatı.
|
NİSVAN (ID - 31065)is. [ər.] köhn. Qadın (çox vaxt tərkib şəklində işlənir). Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan; Bir yanda dəxi məktəbisənət, uçitellər! M.Ə.Sabir. [Sarıqlı molla:] Insaf eləyin! Əhli-nisvan nə günahın sahibidir, bəradər!...
|
NİSYAN (ID - 31066)[ər.] klas. Unutma, yaddan çıxartma. Vətənin neməti nisyan olmaz; Naxələflər ona qurban olmaz. A.Səhhət. □ Nisyan olmaq - unudulmaq, yaddan çıxmaq. Iş necə oldu, onu alma xəbər; Bayaq ərz etdim,
o, nisyan oldu. M.Ə.Sabir. |
NİSYƏ (ID - 31067)is. 1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması. // Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu. Nisyə girməz kisəyə. (Məsəl). [Məşədi Cabbar tacir:]...
|
NİŞ (ID - 31068)is. [fars.] bax neştər. Nuşun dadan, nişin də dadmalıdır. (Ata. sözü). [Məstavər:] Gör mən sənə neylərəm, a dərviş; Gəlcək sənə öylə sancaram niş; Ta xalq tamam vəhşətə gəlsin. Ü.Hacıbəyov.
|
NİŞAN (ID - 31069)is. [fars.] 1. Əsər, əlamət, iz. Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? M.V.Vidadi. Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. A.Səhhət. Coşqun irmaq kənarında; Nə qızlardan bir...
|
NİŞANBAZLIQ (ID - 31070)is. bax adaxlıbazlıq. [Laçın bəy:] ..Nişanbazlığa getmişmiş, bədbəxt, evdə duyublar .. nə yemisən turşulu.., vurublar ha.. N.Vəzirov. Mehtər Zamanın dünya vecinə deyildi. Əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı...
|
NİŞANBƏNİŞAN (ID - 31071)zərf[fars.] Bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə. Nişanbənişan tanıtmaq. Nişanbənişan soraq vermək. - [Xudaverdi:] Əyərçi oğlum nişanbənişan səni [Hacı Qaranı] deyirdi. M.F.Axundzadə.
|
NİŞANÇI (ID - 31072)is. 1. Mahir nişan atan, düzgün nişan vuran; snayper. Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxardıb, xurma ağacları içərisinə yüyürürlər....
|
Bu səhifə dəfə baxılıb