
NİŞANBAZLIQis. bax adaxlıbazlıq. [Laçın bəy:] ..Nişanbazlığa getmişmiş, bədbəxt, evdə duyublar .. nə yemisən turşulu.., vurublar ha.. N.Vəzirov. Mehtər Zamanın dünya vecinə deyildi. Əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı şəhərin yavıqlığındakı kəndə nişanbazlığa gedirdi. Çəmənzəminli. // Nişan vermə, nişan alma işi. Nişanbazlıq adəti. - Köçəbə tayfalar arasında (məs.: Qazaxda, Borçalıda, Qarabağda) qudalıq əvəzinə nişanbazlıq adəti vardır. R.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|