
NASAZsif. və zərf [fars.] 1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. Nasaz hal. Nasaz olmaq. - [Cabbar:] Dünən bir az nasazdım, gəlmədim. N.Vəzirov. [Bülənd:] Müəllim, nasaz deyilsiniz ki? ..Kefsizsiniz əgər, istəyirsiniz evə gedin. Ə.Əbülhəsən. [Əlləzoğlu:] Bir az nasaz kimiydi, dərdin alım. İ.Hüseynov.
Bir-birilə tutmayan, uyğun olmayan. Nasaz şey. Saz olmayan, qaydada olmayan, qüsuru olan, işləyəcək halda olmayan. Nasaz maşın. Paylaşın - Hamı bilsin
|