
NAÜMİDsif. və zərfi[fars.] Ümidsiz, ümidini itirmiş (halda). Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm. Füzuli. Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. C.Cabbarlı. Naümid etmək (eləmək) - ümidsiz etmək, ruhdan salmaq, ümidini boşa çıxartmaq, ümidini kəsmək. Əliqulu heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi. S.Rəhman. Naümid olmaq - ümidsiz olmaq, ümidini itirmək (kəsmək), ruhdan düşmək, əlini üzmək. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. Məmmədquluzadə. Fərəc yenə naümid olmadı. Qantəmir.
Paylaşın - Hamı bilsin
|