NAHAQsif. [fars. na... və ər. həqq] 1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz. [Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar.. M.F.Axundzadə.
2. Əbəs, yersiz, boş, bihudə. Nahaq iş. - Nə layiqdir sənin kimi sərvərə; Bais ola belə nahaq işlərə. Q.Zakir. Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan. S.Vurğun. □ Nahaq yerə - boş yerə, əbəs, heç bir ehtiyac olmadan. Nahaq yerə gəlmək. Nahaq yerə cəncəl işə qarışdı. - [İbrahim bəy:] Mən bilmirəm, o kimə yamanlıq etmişdi, biçarə lap nahaq yerə bədbəxt oldu. N.Vəzirov. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|