İzahlı lüğət

NÜMAYAN

sif. [fars.] klas. Görünən, zahir olan, aydın olan. Çay kənarında bir meşə qaralır; O biri yanda kənd nümayandır. Səhhət. □ Nümayan etmək (eləmək) görsətmək, zahir etmək, aşkar etmək. Qəm büsatın xətm edibdir dövr Seyyid adına; Kim nəzərin dəhrdə hərgiz nümayan eyləməz. S.Ə.Şirvani. Zülmünü nümayan eylədin aşkar; Qurğular pozulub, sanlar itibdi. Aşıq Ələsgər. Nümayan olmaq - görünmək, zahir olmaq, aşkar olmaq. Abirudan məni sən saldın elə, ey idbar; Nagahan taki olub üzdə nümayan saqqal. M.P.Vaqif. Nümayan oldu nagah bir cənazə; Aparırlardı dəfin üçün məzarə. S.Ə.Şirvani. Hacı Mehdinin evi nümayan olur. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed