İzahlı lüğət

NEFTÇİ (ID - 30723)

is. 1. Neft sənayesi işçisi, həmçinin neft mütəxəssisi (mühəndis, texnik və s.). [Qüdrət:] Sevmək lazımdır gəncləri! Onlardan qorxmaq, özgələrinə yaraşsa da, biz neftçilərə qətiyyən yaraşmır. M.Hüseyn. Xəzər gülür, min...

NEFTÇİLİK (ID - 30724)

is. Neftçinin işi, peşəsi.

NEFTDAŞIYAN (ID - 30725)

sif. və is. Neft daşımağa məxsus (tanker, avtomobil və s.). Ertəsi gün sübh tezdən Azad tacir Hacı Hadinin neftdaşıyan barjında Həştərxana yola düşdü. A.Şaiq.

NEFTLİ (ID - 30726)

sif. 1. Tərkibində neft olan; neft verən. Neftli lay.
2. Neftə bulaşmış, neftə batmış. Neftli qab. Neftli əsgi. - Buruqların dörd tərəfində müxtəlifi ölçüdə neftli, mazutlu borular... M.İbrahimov.

NEFTLİLİK (ID - 30727)

is. Neft vermə qabiliyyəti (torpaqda, yer laylarında). Layın neftlilik dərəcəsi.

NEFTTƏMİZLƏYƏN (ID - 30728)

sif. tex. Nefti sudan ayıran. Nefttəmizləyən qurğu.

NEHRƏ (ID - 30729)

is. Yağ çıxartmaq üçün içində qatıq çalxalanan saxsıdan və ya ağacdan qayrılmış uzunsov qab. Çöldə hər övrəti-qarabaği; Nehrədə çalxayır gözəl yaği. S.Ə.Şirvani. [Bahar:] Axşamacan cəhrə əyir, inək sağ, qatıq çal,...

NEKROLOQ (ID - 30730)

is. [yun.] Ölən adamın həyat və fəaliyyəti haqqında məqalə-məlumat.

NEKTAR (ID - 30731)

[yun.] 1. Qədim yunan əsatirində allahlara əbədi gənclik və gözəllik verən içki; abi-həyat.
2. bot. Ali bitkilərdə çiçək ballıqlarının ifraz etdiyi şəkərli şirə.

NEKTARİ (ID - 30732)

is. [yun.] bot. Ali bitkilərin güllərində nektar ifraz edən orqan.

NEQATİV (ID - 30733)

[lat. negativus - mənfi] Foto lövhəciyində və ya lentində bir şeyin tərsəsinə (ağın qara və qaranın ağ) düşmüş şəkli, həmçinin bu cür şəkil düşmüş fotoplastinkası və ya fotolenti.

NEMES (ID - 30734)

[rus. немец] bax alman. Qırdırma nemes xalqını haqsız yerə, zalım; Bir gün gələcək, qorx o cəza məhkəməsindən. Ə.Vahid.

NEMƏT (ID - 30735)

is. [ər.] 1. Yaşamaq üçün lazım olan şeylərin məcmusu (yeyəcək, içəcək və s.); rifah. ..Bazar-dükanda cəm olan dünyanın hər bir neməti yeməli və içməli qəbilindən - hamısı həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə.
2....

NEN (ID - 30736)

is. Nen, Yamal-Nen və Rusiya Federasiyasına daxil Taymır milli mahallarının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.
neo... [yun. neos - yeni] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara yenilik...

NEOANTROP (ID - 30737)

is. [yun.] Müasir insan növünün ümumiləşdirilmiş adı.

NEOLİT (ID - 30738)

[yun. neos - yeni və lithos - daş] Daş dövrünün axırıncı epoxası, yeni daş dövrü.

NEOLOGİZM (ID - 30739)

[yun. neos - yeni və logos anlayış] dilç. Dildə yeni əmələ gəlmiş söz və ya ifadə.

NEON (ID - 30740)

[yun. neos - yenidən] Havanın tərkibinə daxil olan rəngsiz və iysiz qaz - kimyəvi element (elektrik lampalarında, siqnal, reklam və s.-dəki işıqlandırıcı cihazlarda işlədilir). □ Neon lampası - içi neonla doldurulmuş qaz lampası...

NEPMAN (ID - 30741)

[rus. Новая экономическаф политика (yeni iqtisadi siyasət) və alm. Mann - adam] tar. Yeni iqtisadi siyasət dövründə meydana gəlmiş sahibkar, alverçi.

NEPTÜN (ID - 30742)

is. [lat.] 1. Günəş sisteminin Günəşdən məsafəsinə görə səkkizinci planeti.
2. Qədim Roma mifologiyasında bulaqlar və çaylar allahı.

NERV (ID - 30743)

[lat.] dan. Sinir, əsəb. Burada Gülzarın artıq bütün nervləri, bütün ilikləriparçalanıb, boğuq səslə inlədi. C.Cabbarlı.

NEŞTƏR (ID - 30744)

is. [fars.] 1. Sancan heyvanlarda (əqrəb, arı və s.-də) sancdıqları yerə zəhər buraxmaq üçün orqan. Əqrəb kimi neştər gücü var dırnağımızda. M.Ə.Sabir. //Məc. mənada. Allah yaman gözdən saxlasın, gözəl ceyildir. Düşmən...

NEŞTƏRLƏMƏ (ID - 30745)

“Neştərləmək” dən f.is.

NEŞTƏRLƏMƏK (ID - 30746)

f. 1. Neştərlə deşmək, kəsmək, yarmaq. Xan Əsliyə həsrət qoydun Kərəmi; Xəncər alıb neştərlədin yaramı. Aşıq Kərəm.
2. məc. dan. Sancmaq, acılamaq. Arı əlimi neştərlədi. // Məc. mənada. [Xanpəri:] Səndən söz soruşurlar,...

NEŞTƏRLƏNMƏ (ID - 30747)

"Neştərlənmək” dən f.is.

NEŞTƏRLƏNMƏK (ID - 30748)

məch. Neştərlə deşilmək.

NEŞTƏRLİ (ID - 30749)

sif Neştəri olan. Neştərli heyvanlar (arı, əqrəb və s.).

NETTO (ID - 30750)

[ital.] 1. Əmtəənin qabsız xalis kütləsi.
2. İtkilər, ayırmalar və s. çıxıldıqdan sonra mənfəətin, büdcənin həcmi.

NEVRALGİYA (ID - 30751)

[yun. neuron - damar və algos - ağrı] Hər hansı bir sinirin və onun qabığının zədələnməsi nəticəsində həmin sinirin keçdiyi yerdə əmələ gələn ağrı.

NEVRİT (ID - 30752)

[yun.] tib. Zədə, soyuqdəymə, infeksiya və s. nəticəsində törəyən sinir iltihabı.

NEVROLOGİYA (ID - 30753)

[yun. neuron - damar və logos - elm] Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm.

NEVROZ (ID - 30754)

[yun.] Daxili üzvlərin funksiyalarının, mübadilə prosesinin pozulması və s. şəklində təzahür edən mərkəzi sinir sistemi xəstəliyi. Ürək nevrozu. Ümumi nevroz.

NEY (ID - 30755)

is. [fars.] 1. Qarğıdan, qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti. Çobanın çaldığı neyin səsi də qoyun mələşmələrinə qarışaraq bir musiqi ansamblını xatırladır. M.S.Ordubadi. Sahildə ağ yelkənli qayıqda xidmət...

NEYBƏT (ID - 30756)

is. [ər.] Çirkin, kifır, eybəcər. Ağ üzdə qara xal ziynətdir, qara üzdə ağ xal neybət. (Ata. sözü). Az qalır doxsana çatsın yaşı neybət kişinin; Varlığı bağrımı çatlatdı bu heybət kişinin. M.S.Ordubadi.

NEYBƏTLİK (ID - 30757)

is. Çirkinlik, kifirlik, eybəcərlik. [Ələkbər:] Yox canım! Qumru hara, belə kifirlik, neybətlik hara! Mir Cəlal.

NEYÇİ (ID - 30758)

is. Ney çalan musiqiçi.

NEYİSTAN (ID - 30759)

is. [fars.] klas. Qamışlıq, çoxlu qamış bitən yer. Üz qoyuram gah neyistanlara; Bir sürü aslan görürəm, qorxmuram. M.Ə.Sabir. Əsdikcə neyistanə bütün rəşə salır bad; Min nəğmeyi-cansuz edər ol nəğmələr icad. A.Səhhət.

NEYLON (ID - 30760)

[ing. ] Süni lif növü, habelə lifdən toxunmuş parça. // Belə lifdən toxunmuş. Neylon kofta. Neylon paltar. - Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır. M.İbrahimov.
neyro......

NEYRON (ID - 30761)

is. [yun.] Sinir sisteminin əsas funksional və quruluş vahidi.

NEYSAN (ID - 30762)

bax niysan. Birinökər, biri ağa; Göydən yerə neysan yağa. Aşıq Əli. Dağa qalxır dumanlar; Tez-tez yağır neysanlar. A.Səhhət.

NEYTRAL (ID - 30763)

[lat. neuter - nə o, nə bu]
kim. Nə turşu, nə qələvi reaksiyası verməyən. Neytral məhlul.
2. xüs. Orqanizmə nə müsbət, nə də mənfi təsir edən (maddə, dərman və s. haqqında).

NEYTRALLAŞDIRICI (ID - 30764)

is. və sif. kim. Neytral edən, neytral hala salan, neytrallaşdıran (bax neytral).

NEYTRALLAŞDIRMA (ID - 30765)

kim. “Neytrallaşdırmaq” dan f.is.

NEYTRALLAŞDIRMAQ (ID - 30766)

f kim. Məhlulun turşu xassəsini qələvi, qələvi xassəsini isə turşu vasitəsilə yox etmək.

NEYTRALLAŞMA (ID - 30767)

"Neytrallaşmaq” dan f.is.

NEYTRALLAŞMAQ (ID - 30768)

f kim. fiz. Neytral hala keçmək, neytral olmaq (bax neytral).

NEYTRON (ID - 30769)

[lat. neutum - nə o, nə bu] Atomun nüvəsinin tərkibinə daxil olan elektrik yükündən məhrum hissəcik.

NƏ1 (ID - 30770)

1. sual əvəz. Bu və ya digər əşyanı, vəziyyəti, halı, hadisəni müəyyənləşdirmək üçün sual məqamında işlədilir. Nə dedin? Nə olan işdir? Nə olub? Bu nə evdir?
əvəz. Təsdiq bildirən feillərə inkarlıq mənası verir....

NƏ2 (ID - 30771)

bağl. Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır (əsasən təkrar edilərək işlədilir, və, də, də ki bağlayıcılarından biri artırılır). Nə şiş...

NƏBADƏ (ID - 30772)

[fars.] dan. bax məbadə. [Dəşgüvar:] Gərək siz evləri gəzib, taza anadan olan oğlan uşaqlarını oğurlayıb öldürəsiz. Amma nəbadə camaat bilə. (Nağıl). [Ana:] Yola salanda dedim, oğul, düşmənə nəbadə arxa çevirəsən, südüm...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed