NEMƏTis. [ər.] 1. Yaşamaq üçün lazım olan şeylərin məcmusu (yeyəcək, içəcək və s.); rifah. ..Bazar-dükanda cəm olan dünyanın hər bir neməti yeməli və içməli qəbilindən - hamısı həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə.
2. məc. Xoşbəxtlik, səadət, yaxşılıq. [Heydər bəy:] İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinəyetirə bilmənəm. M.F.Axundzadə. Sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|