İzahlı lüğət

NƏBAT (ID - 30773)

is. [ər.] klas. Bitki.

NƏBATAT (ID - 30774)

is. [ər. “nəbat” söz. cəmi]
Bitki, bitki aləmi. Səbr ilə verir zəmin nəbatat. Xətayi. ..Nə olardı insan da bu nəbatat kimi, qış daxil olanda yuxuya gedib, bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Ə.Haqverdiyev.
2....

NƏBATATÇI (ID - 30775)

bax botanik.

NƏBATATŞÜNAS (ID - 30776)

[ər. nəbatat və fars. ...şünas] bax nəbatatçı.

NƏBATİ (ID - 30777)

sif [ər.] 1. Nəbata aid olan, bitkidən alınan, bitki mənşəli. Nəbat (bitki) şəklində olan. Nəbati ornament. Nəbati naxış.

NƏBİ (ID - 30778)

is. [ər.] klas. Peyğəmbər. Ya nəbi, lütfün Füzulidən kəm etmə.. Füzuli.

NƏBZ (ID - 30779)

is. [ər.] 1. Ürəyin fəaliyyəti nəticəsində arteriya (qan damarları) divarlarının ritmik vurması (adətən biləyin yuxarı hissəsində duyulur). Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən. Məmmədquluzadə....

NƏCABƏT (ID - 30780)

is. [ər.] Nəciblik, əsillilik, təmiz bir nəslə mənsubiyyət, soyluluq. [Naçalnik:] Oğlan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın? M.F.Axundzadə. Qoy nə əslin, nəcabətin olsun; Nə nəcibanə halətin olsun. M.Ə.Sabir....

NƏCABƏTLİ (ID - 30781)

sif Təmiz və əsil bir nəslə mənsub olan; soylu, əsilli, əsilli-nəsəbli, adlısanlı. Nəcabətli adam. - [Leyli:] Ibn-Salam, sən nəcabətlisən, uca ruhlusan, sən mənə zülm etməyi rəva görməzsən. Ə.Məmmədxanlı.

NƏCAT (ID - 30782)

klas. bax nicat. Ey mənşəyicövhəri-həyatım; Xoşnudluğundadır mənim nəcatım! Füzuli. ..Min ilyuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nəcatyolu tapsınlar. C.Məmmədquluzadə.

NƏCCAR (ID - 30783)

is. [ər.] köhn. Dülgər, xarrat.

NƏCCARLIQ (ID - 30784)

is. köhn. Dülgərlik, xarratlıq.

NƏCİB (ID - 30785)

sif [ər.] 1. Nəcabəti, əsli olan; əsilli, soylu, nəcabətli. [Heydər bəy:] Amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörəkyolu göstərəsiniz. M.F.Axundzadə. [Həsən:] Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq...

NƏCİBANƏ (ID - 30786)

sif [ər. nəcib və fars. ...anə] Nəciblərə məxsus, nəcib adamlar kimi. Nəcibanə sifət. Nəcibanə təbiət. - Qoy nə əslin, nəcabətin olsun; Nə nəcibanə halətin olsun. M.Ə.Sabir. Ağuşi-nəcibanədə, aldanma, yerin yox! Gər Qeys...

NƏCİBCƏSİNƏ (ID - 30787)

bax nəcibanə.

NƏCİBLƏŞMƏ (ID - 30788)

“Nəcibləşmək” dən f.is.

NƏCİBLƏŞMƏK (ID - 30789)

f Nəcib olmaq, incələşmək, zərifləşmək, qəşəngləşmək.

NƏCİBLİK (ID - 30790)

is. 1. Nəcabət, əsillilik, alicənablıq. ..Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb, yəqin edirdim, birlikdə çarə tapıla. N.Nərimanov. Musa yoldaşları arasında qorxmaz və cəsur olması ilə, nəcibliyi və mərdliyi ilə...

NƏÇİ (ID - 30791)

əvəz. Birinin sənətini, peşəsini, məşğuliyyətini bilmək üçün sual məqamında işlədilən söz. Bir qız tanıyırdım. Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. // Eyni mənada nəçidir?...

NƏDAMƏT (ID - 30792)

[ər.] 1. is. Peşmanlıq, peşman olma. Əyyaşlığın sonu yorğunluq və nədamət, səfalətin - heçlik və fəlakətdir... A.Şaiq. Nədamət çəkmək - peşman olmaq, peşmançılıq çəkmək. Lalə yanağından, nərgiz gözündən; Qönçə...

NƏDƏN (ID - 30793)

əvəz. Nə üçün, nə səbəbə, nəyə görə, niyə? Nədən saralıbsan sən də mən kimi; Nədir dərdin, ey biçarə şamama? M.P.Vaqif. Fələ, mənə bir söylə, nədən hörmətin olsun? Axır nə səbəb söz deməyə qüdrətin olsun?!...

NƏDƏNSƏ (ID - 30794)

zərfiNə səbəbə görə isə, nəyə görə isə. [Kərim baba:] Hətta qurdu nişan alıb vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. A.Şaiq. Mehriban .. ona “Mehriban bacı!” - deyə xitab edən Səlimdə nədənsə bir səmimiyyət...

NƏDİM (ID - 30795)

is. [ər.] köhn. 1. Sirdaş, yaxın adam, dost, həmsöhbət, həmməclis. Gördü ki, gəlir nədimi-kamil. Füzuli.
2. Keçmişdə şahların, xanların məclislərində gülməli sözləri və hərəkətləri ilə onları əyləndirən adam - təlxək....

NƏDİMƏ (ID - 30796)

[ər. nədimət] köhn. “Nədim” in qadın cinsi (bax nədim 2-ci mənada). [Mirzə:] Həmin Kərbəlayı Kazımın arvadı on ildir ki, hacının evində işləyir, özü də xanımın nədiməsidir. P.Makulu.

NƏF (ID - 30797)

is. [ər.] klas. Xeyir, fayda, mənfəət. [İzzət:] Görək Xudayar bəynən sənin nə alıbverəcəyin var? Katdadı özünə katdadı. Görək [Xudayar bəyin] katdalığının sənə bir nəfi var? C.Məmmədquluzadə. Şəhər məktəbində təlim...

NƏFBƏRDAR (ID - 30798)

sif. [ər. nəf və fars. ...bərdar] köhn. Xeyir görən, faydalanan, mənfəət götürən. □ Nəfbərdar olmaq - fayda götürmək, xeyir görmək, faydalanmaq. ..Biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq. C.Məmmədquluzadə....

NƏFƏR (ID - 30799)

is. [ər.] 1. Bir tək adam; kimsə, şəxs, fərd, kəs. ..Tək bircə nəfərin dəfikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abgüştü yeyib yatasan. C.Məmmədquluzadə. [Sultan bəy:] Hə, indi nə...

NƏFƏS (ID - 30800)

is. [ər.] 1. Ciyərlə havanı içəri alıb buraxma (insan və heyvanlarda oksigen udub karbon qazı buraxma prosesi). Nəfəs üzvləri. Dərindən nəfəs almaq. // Ciyərlə alınıb buraxılan hava. [Müəllim və Tellinin] başları bir-birinə...

NƏFƏSALMA (ID - 30801)

is. Ciyərlə havanın içəri alınması. Nəfəsalma prosesi.

NƏFƏSLİ (ID - 30802)

sif mus. Nəfəslə çalınan. Nəfəsli musiqi alətləri (ney, klamet və s.). Dəniz sahilində nəfəsli hərbi orkestrin çaldığı adı şairanə valsın sədaları gah səmtini tez-tez dəyişdirən xəfif və sərsəri bir küləyin qanadına...

NƏFƏSLİK (ID - 30803)

is. Otağın havasını dəyişdirmək üçün pəncərədə kiçik göz. Pəncərənin nəfəsliyini açmaq. // məh. Kiçik pəncərə.

NƏFƏS-NƏFƏSƏ (ID - 30804)

zərf Çox yaxın, lap yaxın, üz-üzə. Nəfəs-nəfəsə oturmaq. - Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə; Mənsə baxıb ürəyimdə həsəd çəkirəm. S.Vurğun.

NƏFƏSSİZ (ID - 30805)

sif və zərf 1. Haldan düşmüş, cansız. Nəfəssiz düşüb qaldı. - Dinlədilər yolu bir az nəfəssiz; Qaldılar bir qədər səmirsiz, səssiz. H.K.Sanılı. Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən, yüyürdüm səssiz....

NƏFƏSVERMƏ (ID - 30806)

is. Ciyərdən havanın buraxılması. Nəfəsvermə prosesi.

NƏFİR (ID - 30807)

is. [ər.] 1. Ucu getdikcə genişlənən boru şəklində olan nəfəsli çalğı aləti; şeypur. [Dərviş Məstəli şah:] Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa....

NƏFİS (ID - 30808)

is. [ər.] Son dərəcə zərif, incə, gözəl, qəşəng. Nəfis sırğa. Nəfis parça. Nəfis şəkil. - Xalça Fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. M.S.Ordubadi. [Mənsur və Sitarə] təmiz və nəfis ağ paltar geyib...

NƏFİSLİK (ID - 30809)

is. İncəlik, zəriflik, qəşənglik.

NƏFLİ (ID - 30810)

sif. Xeyirli, faydalı. Əgər bizim xahişimiz qəzetəmizi nəfli və ləyaqətli etmək isə, onda borcumuz budur ki, onun ehtiyacatını düzəldək. F.Köçərli. Rəhim kişi hərçənd özü oxumuş adam deyil idisə də, lakin yenə elmin insana...

NƏFS (ID - 30811)

is. [ər.] 1. Ehtiras, şiddətli istək, arzu, meyil. ..Mənim belə yadıma gəlir ki, [türk padşahlarının] arzu və məşğələləri övrətbazlıq, millətin səadətini öz nəfslərinə qurban eləmək idi. C.Məmmədquluzadə. Onda Mahmudun...

NƏFSANİ (ID - 30812)

sif [ər.] Ehtirasa, şəhvəti hisslərə aid olan. [Şeyx Sənan:] Mənə biganə zövqi-nəfsani; Sevdiyim yalnız eşqi-ruhani. H.Cavid.

NƏFSKAR (ID - 30813)

sif. [ər. nəfs və fars. ...kar]
Şəhvət düşkünü.
2. Tamahkar, nəfsini saxlaya bilməyən. Əziz bir az acıqlandı: - ..Sənin kimi nəfskar, dünyanı dördəlli tutan bir adamı briqadir saxlamaq olmaz. Ə.Vəliyev.

NƏFSLİ (ID - 30814)

sif 1. Çox tamahkar, hər şeydə gözü olan.
2. Ehtiraslı, qızğın.

NƏFSPƏRƏST (ID - 30815)

sif. [ər. nəfs və fars. ...pərəst] 1. Öz nəfsini güdən, çox tamahkar, hər şeyi öz nəfsinə qurban edən. Nə vaxta qədər biz biçarələr bu kimi nəfspərəst qərəz sahiblərinin əlində oyuncaq olacağıq?! M.F.Axundzadə.
2. Şəhvət...

NƏĞMƏ (ID - 30816)

[ər.] bax mahnı. Çün bülbüliaşiqi-xoşavaz; Eylərdi çəməndə nəğmə ağaz. Xətayi. Can verəndə oxuyun nəğməni Quran əvəzi. S.Ə.Şirvani.

NƏĞMƏKAR (ID - 30817)

is. [ər. nəğmə və fars. ...kar] Nəğmə oxuyan; xanəndə. O məchul nəğməkar odunçu oğlu Valeh imiş. Ə.Məmmədxanlı. Susub durdu bülbül yenə; Həsrət qaldı bu dar qəfəs; Nəğməkarın nəğməsinə. B.Vahabzadə. Nəğmə qoşan....

NƏH (ID - 30818)

[fars. ]: nəh demək (danışmaq) bəd danışmaq, pis gətirmək. Əziziyəm, nəh demə; Nəh danışma, nəh demə; Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı).

NƏHAYƏT (ID - 30819)

[ər.] 1. is. Son, axır, qurtaracaq. Hər şeydə başlanğıc və nəhayət vardır. Bu işin nəhayəti nə olacaq? - Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq. □ Nəhayət vermək (qoymaq) - saxlamaq,...

NƏHAYƏTSİZ (ID - 30820)

sif. və zərf Sonsuz, bitməz, tükənməz, sonu-axırı, hədd-hüdudu olmayan. Nəhayətsiz dalğalar bir-birini qovurdu. Nəhayətsiz üfüq. Nəhayətsiz adam axını. Novruzun hədəqədən çıxmış gözləri hənuz nəhayətsiz fəzalara dikilmişdi....

NƏHAYƏTSİZLİK (ID - 30821)

is. Sonsuzluq, intəhasızlıq, axırı, sonu olmama. [Ceyranlar] incə qulaqlarını qısıb dalbadal havaya atlandıqca düzənliyin nəhayətsizliyi fonunda qəribə mənzərə yaranırdı. İ.Əfəndiyev.

NƏHƏNG (ID - 30822)

sif [ər.] Son dərəcə böyük, iri, çox yekə, azman. Nəhəng bina. Nəhəng adam. Nəhəng qala. - Buğlana-buğlana nəhəng maşınlar; Qar təpələrinə hücum çəkdi, bax! S.Vurğun. Bu işıqlar tapdanıb söndürülən nəhəng bir tonqalın...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed