
NƏFİSis. [ər.] Son dərəcə zərif, incə, gözəl, qəşəng. Nəfis sırğa. Nəfis parça. Nəfis şəkil. - Xalça Fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. M.S.Ordubadi. [Mənsur və Sitarə] təmiz və nəfis ağ paltar geyib bağı seyr edirdilər. C.Cabbarlı. ..Faytondan ucaboylu, nəfis bir xanım düşüb mağazaya girdi. Çəmənzəminli. □ Nəfis ədəbiyyat köhn. - bədii ədəbiyyat. Özünü ziyalı sayan hər bir adam nəfis ədəbiyyatı bilməlidir. M.Hüseyn. Nəfis sənətlər köhn. - incəsənət.
Paylaşın - Hamı bilsin
|