İzahlı lüğət

NƏHAYƏT

[ər.] 1. is. Son, axır, qurtaracaq. Hər şeydə başlanğıc və nəhayət vardır. Bu işin nəhayəti nə olacaq? - Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq. □ Nəhayət vermək (qoymaq) - saxlamaq, dayandırmaq, son vermək. Geriliyə nəhayət vermək. Işə nəhayət vermək. - ..[Səlimə] yalnız tərəddüdlərinə bir nəhayət verdi. S.Hüseyn. Nəhayətə yetmək sona çatmaq, axıra yetmək, qurtarmaq. Zülfruxun hekayəti yetməz nəhayətə; Gər etsələr səfidü-siyəh sübhü-şam bəhs. S.Ə.Şirvani. Nəhayəti yetmək - axırı çatmaq, axırı olmaq, ölümü çatmaq. [Mənsur:] Hicrində yandım, ey mələk, dəxi yetdi nəhayətim. C.Cabbarlı.
is. Qurtaracaq, uc. Məftilin nəhayətini bir nöqtədə birləşdirmək.
zərfi Axırda, sonda, nəticədə. Nəhayət gəldi çıxdı. Nəhayət başa düşdü. - [Rzaquluxanın] Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müasir xitabələr ağızdan-ağıza dolaşaraq, nəhayət qəzetlərdə və jurnallarda dərc olunardı. M.S.Ordubadi. Bəhramı bir ceyran yamanca yordu; Nəhayət bir keçid başında vurdu. Şaiq. // Ara söz mənasında. Bir də, bunlardan əlavə, hər şeydən sonra. Istirahət üçün, nəhayət, şəhərdən kənara çıxmaq olardı.
zərfi Həddindən artıq, son dərəcə, olduqca. Ey mənim əziz qardaşlarım! Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. C.Məmmədquluzadə. Biçarə qolunun ağrısından bitab düşüb, nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi.
S.M.Qənizadə. // Nəhayətdə şəklində həmin mənalarda. Nəhayətdə sevindi. - ..Keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qıtlıq cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir. N.Nərimanov. □ Nəhayət dərəcədə - son dərəcə, çox, artıq, hədsiz dərəcədə. ..Məcmuəmizin açılması barəsində.. teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. “Mol.Nəsr.” . [Kəndin] əhalisi isə nəhayət dərəcədə avam, həkimsiz, dərmansız yaşayırdılar. S.S.Axundov. Vəhşi ilə Qaraçı kənddə böyüyüb nəhayət dərəcədə dost olurlar. H.Sarabski. Nəhayətində şəklində - sonunda, axırında, qurtaracağında. [Məsmə:] ..Həftə nəhayətində onu yoxlamağa getdim. S.Hüseyn. Küçənin nəhayətindəki fənər yandı. Ə.Məmmədxanlı.
ara söz. Çoxdan gözlənilən bir işin başa gəldiyini, axırda müsbət nəticələndiyini və bundan duyulan məmnunluğu ifadə edir. Nəhayət, qız gəlib çıxdı. Nəhayət, maşın yola düşdü. Nəhayət, yay tətili yetişdi. - Nəhayət, komissiya üzvlərinin hamısı bir rəyə gəldi: “Ceyran düzü perspektivdən məhrumdur” . M.Hüseyn. Nəhayət, həsrətlə görmək istə diyimiz bu tarixi şəhərə qədəm qoyuruq. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed