
NƏĞMƏKARis. [ər. nəğmə və fars. ...kar] Nəğmə oxuyan; xanəndə. O məchul nəğməkar odunçu oğlu Valeh imiş. Ə.Məmmədxanlı. Susub durdu bülbül yenə; Həsrət qaldı bu dar qəfəs; Nəğməkarın nəğməsinə. B.Vahabzadə. Nəğmə qoşan. Nəğmələr içində mənim nəğməmin ayrı bir yeri var; Mən toxunulmaz hüququmun nəğməkarıyam. M.Müşfiq.
Paylaşın - Hamı bilsin
|