
NƏÇİəvəz. Birinin sənətini, peşəsini, məşğuliyyətini bilmək üçün sual məqamında işlədilən söz. Bir qız tanıyırdım. Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. // Eyni mənada nəçidir? nəçisən? şəklində. [Sultan bəy:] De yaxşı, bir məni başa sal görüm, sən kimsən, nəçisən və kimin adamısan? Ü.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|