NƏHƏNGLİK (ID - 30823)is. Həddindən artıq böyüklük; yekəlik, irilik, azmanlıq.
|
NƏHR (ID - 30824)is. [ər.] Böyük çay, axar su. Heç maraq etmə, yaxınlarda səni; Yenə Kür nəhri öpər. H.Cavid. Tərlan keçən ilin yazında olduğu kimi indi də Kür nəhrinin qudurğan bir sürətlə daşacağını heç gözləmirdi. M.Hüseyn.
|
NƏHS (ID - 30825)[ər.] 1. sif Uğursuz, məşum, ağır, tərs gətirən. Nəhs ay. Nəhs ayaq. - Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. C.Məmmədquluzadə. [Vaqif Əliməmmədə:]...
|
NƏHSLİK (ID - 30826)is. Uğursuzluq, məşumluq, pislik, bədlik. Kim isə bütün bu işləri bu yerin adının nəhsliyinə yozur.. Ə.Sadıq.
|
NƏHV (ID - 30827)[ər.] bax sintaksis.
|
NƏHVİ (ID - 30828)[ər.] bax sintaktik. Aman, ay Molla, bu şeri oxu, mənasına bax! Sərfinə, nəhvinə, imlasına, inşasına bax! Ə.Vahid.
|
NƏHY (ID - 30829)is. [ər.] 1. Qadağan, qadağan etmə. Zahid şərab nəhyi üçün ayə söyləyir; Lakin sorulsa, anlamayır hansı ayədir. Ə.Vahid.
|
NƏXŞ (ID - 30830)bax naxış.
|
NƏİNKİ (ID - 30831)Mənaca güzəşt bildirən mürəkkəb bağlayıcı. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə.
|
NƏKARƏ (ID - 30832)dan. “Kimdir?” , “Nəçidir?” , “Nə cürətin sahibidir?” , “Ağzı nədir?” mənalarında sual əvəzliyi məqamında işlənir. O nəkarədir bu sözü desin? - [Heydər bəy:] Ozü sövdəgər, tacir kişidir, ta mənim kimi adama...
|
NƏQAHƏT (ID - 30833)is. [ər.] Xəstəlikdən təzə qalxıb özündə əzginlik hiss edən, hələ tamamilə sağalmamış adamın halı; zəiflik, süstlük, əzginlik, nasazlıq. [Əliqulu:] Ancaq ərbabın bir balaca nəqahəti var. S.S.Axundov.
|
NƏQƏRAT (ID - 30834)is. [ər.] mus. Nəğmənin hər bəndindən sonra təkrarlanan beyt və misralar. Kupletlər bir-birindən nəqərat vasitəsilə ayrılır. Ə.Bədəlbəyli.
|
NƏQL (ID - 30835)is. [ər.] 1. bax nağıl. Qəhrəman balaca Sabir üçün müxtəlifi nəql danışırdı. S.Rəhimov. □ Nəql etmək - bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək. O qədər çox ki, böyük işlərimiz; Onu...
|
NƏQLİ (ID - 30836)[ər.]: nəqli cümlə qram. - müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilən cümlə növü.
|
NƏQLİYYAT (ID - 30837)is. [ər. “nəql” söz. cəmi]
Xalq təsərrüfatının, adamların və yüklərin daşınması ilə əlaqədar olan sahəsi, habelə bu və ya başqa daşıma vasitələrinin hər hansı bir növü. Avtomobil nəqliyyatı. Dəmiryol nəqliyyatı.... |
NƏQLİYYATÇI (ID - 30838)is. Nəqliyyat işçisi. Nəqliyyatçılar.. motovozları vaxtından qabaq təmir edib işə salmışlar. (Qəzetlərdən).
|
NƏQŞ (ID - 30839)[ər.] klas. bax naxış. O, gözünü bir nöqtəyə, oturduğu xalçanın nəqşinə zilləmişdi. M.S.Ordubadi. Xalının rəngi, çeşnisi, nəqşi tərifəlayiq idi. Ə.Vəliyev.
|
NƏQŞƏ (ID - 30840)[fars.] bax plan 1 və 3-cü mənalarda. [Məsmə:] Indi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Nagəhani qərarla pozur bütün nəqşəni; Bir hərəkətlə yarır...
|
NƏQŞLİ (ID - 30841)b ax naxışlı 1-ci mənada. Belində zərif nəqşli tirmə .. var idi. M.Rzaquluzadə. [Aslan:] [Anamın] toxuduğu nəqşli ərəqçinlər hamını valeh edirdi. S.Vəliyev.
|
NƏLBƏKİ (ID - 30842)is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab. Dilşadxanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq. Sona .. öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi.. Ə.Əbülhəsən. Nəlbəki...
|
NƏLEYİN (ID - 30843)is. [ər.] köhn. Başmağa oxşar ayaqqabı. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski. Ayaqlarındakı nəleyinləri sürükləyən bu qadınlar ağır-ağır yeriyirdilər....
|
NƏM (ID - 30844)is. 1. Yaşlıq, islaqlıq, rütubət. Nəm çəkmək. Nəmini almaq. // sif. Azca yaş, islaq, rütubətli. Nəm torpaq. Nəm divar. Nəmpaltar. // Rütubət. Insanı qəm çürüdər; Dəmiri nəm çürüdər. (Məsəl). Gəldiyev əlindəki kibrit...
|
NƏMÇİLƏMƏ (ID - 30845)“Nəmçiləmək” dən f.is.
|
NƏMÇİLƏMƏK (ID - 30846)f Narın-narın yağmaq, yağış çiləmək. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. C.Cabbarlı.
|
NƏMÇİMƏ (ID - 30847)“Nəmçimək” dən f.is.
|
NƏMÇİMƏK (ID - 30848)f 1. Nəm çəkmək, yaş olmaq, nəm olmaq. Indi bildim ki, qocalmışam. Yoxsa mən olam, iş görəndə alnım nəmçiyə. Ə.Vəliyev.
2. Yaşarmaq, doluxsunmaq, sulanmaq. Pası nəmçimiş (f.sif.) gözlərini silə-silə: - Ya bizi, ya da ..... |
NƏMƏKBƏHARAM (ID - 30849)sif. və is. [fars. nəmək bə... və ər. həram] Yaxşılığı itirən, nankor, duz-çörək itirən (çox vaxt söyüş mənasında). [Xan:] Ikinizi də burada parça-parça eləyəcəyəm. Nacinslər, nəməkbəharamlar! Ə.Haqverdiyev. [Hacı Nəsir:]...
|
NƏMƏKDAN (ID - 30850)is. [fars.] Duzqabı. Süfrəyə nəməkdan qoymaq. - Dedim ki, nankorsan, duz-çörək yedin; Həyat süfrəsində sındı nəməkdan. Şəhriyar.
|
NƏMƏKİ (ID - 30851)sif. [fars.] Təbiətcə şux, məzəli, duzlu. O çox nəməki adamdır. - [Mirzə Ələkbər Sabir] nəməki danışmağı, şux, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və əyanın yanında məruf və məşhur olur və ümumun...
|
NƏMƏKOV (ID - 30852)is. [fars.] Xarab olmamaqdan ötrü yağı, pendiri və s. qoymaq üçün hazırlanan duzlu su.
|
NƏMƏNƏ (ID - 30853)dan. köhn. “Nə?” , “necə?” mənalarında sual əvəzliyi. [Molla Səfi:] Ay Cəbi, bu qutudakı nəmənədir? N.Vəzirov. [Xortdan:] Mərdəki, burada nəmənə qayırırsan? Ə.Haqverdiyev. [Qafar arvadına:] Nəmənə? Səni teatra aparım?...
|
NƏMƏR (ID - 30854)is. etnoqr. Xalq adətincə toyda, nişanda paylanan şimi, pul və s. [Toyda] o qədər xələt, o qədər nəmər yığıldı ki, hədsizhesabsız. “Koroğlu” . Xanım nəmər bağışladı; Ələsgər yazdı dəftərə. Aşıq Ələsgər.
|
NƏMİ (ID - 30855)is. məh. Alaçığın içəri-sində qarğıdan hörülmüş bağlı yer; anbar. [Güldəstə:] Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir. Ə.Haqverdiyev. Qəhrəman alaçıqdakı nəmidə gizləndi. Ə.Vəliyev.
|
NƏMİŞ (ID - 30856)sif Rütubətli, yaş, nəm. Nəmiş külək. - [Odunçuoğlu] arxası üstə nəmiş torpaq döşəmə üstündə uzanmışdı. Ə.Məmmədxanlı. Nəmiş hava dərdli ana kimi ağlayır, göz yaşını quruda bilmirdi. Ə.Vəliyev.
|
NƏMİŞLƏNMƏ (ID - 30857)“Nəmişlənmək” dən f.is.
|
NƏMİŞLƏNMƏK (ID - 30858)bax nəmlənmək.
|
NƏMİŞLİK (ID - 30859)is. 1. Yağmurluluq, yağışlılıq, yağıntı. Yaz nəmişlik (z.) keçdi. - [Babakişi:] Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar quru keçdi, mən də borca düşmüşəm. Cabbarlı. [Ana:] Keçən il nəmişlik, bu il də quraqlıq....
|
NƏMLƏNDİRMƏ (ID - 30860)“Nəmləndirmək” dən f.is.
|
NƏMLƏNDİRMƏK (ID - 30861)f Nəm etmək, rütubətləndirmək.
|
NƏMLƏNMƏ (ID - 30862)“Nəmlənmək” dən f.is.
|
NƏMLƏNMƏK (ID - 30863)f Nəm olmaq, canına su çəkmək; rütubətlənmək. Torpaq yağışdan sonra nəmlənib.
|
NƏMLƏŞMƏ (ID - 30864)“Nəmləşmək” dən f.is.
|
NƏMLƏŞMƏK (ID - 30865)f Nəm olmaq, rütubətlənmək, yaş olmaq.
|
NƏMLİ (ID - 30866)sif 1. Bax nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar. - [Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa dayerim. S.Vurğun. [frudin] nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi....
|
NƏMLİK (ID - 30867)is. Yaşlıq, rütubətlik, rütubət. Havanın nəmliyi. Küləyin nəmliyi. - Qar az yağdığından torpağın nəmliyi kifayət deyil. Ə.Vəliyev.
|
NƏMLİLİK (ID - 30868)is. Nəm şeyin halı. Torpağın nəmliliyi. Havanın nəmliliyi.
|
NƏM-NÜM (ID - 30869)nəm-nüm etmək (eləmək) dan. - özünü naza qoy-maq, zahirən narazılıq göstərmək, razı olmamaq. [Pərzad:] ..Bunun qabağında beş min manat başlıq nədir ki, ona [Hacı Seyidgil] nəm-nüm edirlər? Mir Cəlal. [Atam:] [Mirzə Cəmil]...
|
NƏNƏ (ID - 30870)is. 1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. ..Ikramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. Ə.Əbülhəsən.
Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə... |
NƏNƏCAN (ID - 30871)is. Nənəyə, yaxud qoca qadına mehribanlıqla müraciət. Nənəcan, bir az oturub dincinizi alın. - [Qumru:] Köməyə gəl, nənəcan, mən tapa bilmirəm, o [boyaqgülü] hansıdır?.. Ə.Məmmədxanlı.
|
NƏNƏCİK (ID - 30872)bax nənəcan.
|
Bu səhifə dəfə baxılıb