
NƏQLis. [ər.] 1. bax nağıl. Qəhrəman balaca Sabir üçün müxtəlifi nəql danışırdı. S.Rəhimov. □ Nəql etmək - bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq.
köhn. Bir yerdən başqa yerə aparma, köçürmə, daşıma. □ Nəql etmək - bir yerdən başqa yerə aparmaq, köçürmək, daşımaq. Başlarda bəlanı çox görüb əql; Bir özgə məqamə eylədi nəql. Füzuli. [Səkinə xanım:] Mən öləndən sonra məni qəbiristana nəql edin. M.F.Axundzadə. xüs. Cərəyan, səs və s. keçirən; keçirici. □ Nəql etmək - keçirmək, ötürmək. Mis elektriki yaxşı nəql edir. Paylaşın - Hamı bilsin
|