
NƏMLİsif 1. Bax nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar. - [Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa dayerim. S.Vurğun. [frudin] nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi. M.İbrahimov.
2. məc. Yaşarmış, doluxsunmuş, yaşla dolmuş. Nəmli kirpiklər. - Görünür o nəmli gözlərin mənə; Kirpikləri şehli qərənfil kimi. S.Rüstəm. Könül qəmli, gözlər nəmli; Başaşağı gedir hamı. B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|