İzahlı lüğət

NƏM

is. 1. Yaşlıq, islaqlıq, rütubət. Nəm çəkmək. Nəmini almaq. // sif. Azca yaş, islaq, rütubətli. Nəm torpaq. Nəm divar. Nəmpaltar. // Rütubət. Insanı qəm çürüdər; Dəmiri nəm çürüdər. (Məsəl). Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.
2. məc. “Yaş (göz yaşı)” mənasında. Göz neçin ağlayıb tökməsin nəmi; Heyvan ha deyil ki, çəkməyə qəmi. M.V.Vidadi. Ağlın olsun, sil gözünün nəmini; Dəxi geri gəlməz onlar, ağlarsan! M.P.Vaqif. Seyyid, əgər ol şəmə sənin yanmadı könlün; Pəs pərdeyi-çeşmində olan nəm nə üçündür? S.Ə.Şirvani.
□ Nəm çəkmək - 1) rütubətdən islaq hala gəlmək, islanmaq, canına rütubət çəkmək; 2) məc. xarab olmaq, korlanmaq, qalıb köhnəlmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed