
NƏNƏis. 1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. ..Ikramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. Ə.Əbülhəsən.
Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə! N.Nərimanov. // Çox qoca qadın haqqında. [Qarı:] Qurban sana qarı nənən; Xeyir xəbər gətirdim mən. S.Vurğun. // Bəzən xitab yerində işlənir. Nənə, buyurun, əyləşin. Paylaşın - Hamı bilsin
|