İzahlı lüğət

NƏHS

[ər.] 1. sif Uğursuz, məşum, ağır, tərs gətirən. Nəhs ay. Nəhs ayaq. - Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. C.Məmmədquluzadə. [Vaqif Əliməmmədə:] Novruz səhəri güldanım düşüb sındı. Bu, nəhs bir şey deyilmi? Çəmənzəminli. Ataş Mürsəli kəndə göndərmək fikrinə düşən günlərdə Qarabağın nəhs ilinin uğursuz ayı idi. Ə.Vəliyev. □ Nəhs demək (gətirmək) - bəd danışmaq, ağzını bədə açmaq. Aşıq sözün nəhs dedi; Gəl dilimi kəs, dedi; Mən dedim, bir busə ver; O məndən can istədi. (Bayatı). [Paşa:] Sən niyə nəhs gətirdin, arvad? S.Rəhimov.
is. Tərs, gəc, inad. Nəhs adam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed