NAR2 (ID - 30573)is. [ər.] klas. Od, atəş. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib” .
|
NARAHAT (ID - 30574)sif və zərf [fars. na... və ər. rahət] 1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. Narahat vəziyyət. Narahat adam. Qəhrəman bütün gecəni narahat yatmışdı. S.Rəhimov....
|
NARAHATCA(SINA) (ID - 30575)zərf Narahatlıqla, narahat halda, təlaş içərisində, həyəcanla. Narahatcasına gözləmək.
|
NARAHATLIQ (ID - 30576)is. 1. Rahatlıq olmayan hal, rahatlığı pozan şey. TU yerdən çox sürətlə qopsa da, sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər). M.İbrahimov.
2. Sıxıntı hissi, həyəcan, təlaş, nigarançılıq, təşviş. [Mollayev] Aslanovla... |
NARARMUDU (ID - 30577)is. Meyvəsi dən-dən olan şirəli payız armudu növü.
|
NARAZI (ID - 30578)sif. [fars. na... və ər. razı] Razı olmayan, narazılıq ifadə edən; qeyri-məmnun, incik. Narazı cavab. Narazı ton. - Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. M.S.Ordubadi. // İs. mənasında. Çünki...
|
NARAZILIQ (ID - 30579)is. Qeyri-məmnunluq, razı olmama, inciklik, bir şeyə mənfi münasibət. Narazılığını bildirmək. Narazılıq göstərmək. Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyü ilə qarışıq bir narazılıq...
|
NARBİTİ (ID - 30580)is. zool. Ağacın yarpaqlarına zərər verən cücü.
|
NARDAN, NARDANÇA (ID - 30581)is. Nardan bişirilən riçal.
|
NARƏVA (ID - 30582)sif. [fars.] Rəva görülməyən, xoşa gəlməyən, layiq olmayan, yol verilməyən namünasib; haqsız. Narəva iş. - [Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn.
|
NARGİLƏ1 (ID - 30583)is. 1. [fars.] bax sulu qəlyan (“qəlyan” da).
|
NARGİLƏ2 (ID - 30584)is. [fars.] Azərbaycan oyun havalarından biri. Nargilə oynamaq.
|
NARIN (ID - 30585)sif. 1. Son dərəcə xırda, toz kimi. Narın torpaq. Narın qar. - Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə budur. S.Rüstəm. Yaşılyarpaqlardan asta-asta damcılar damır, narın çiskin təpəl camışın...
|
NARINC (ID - 30586)is. [fars.] Xoşiyli, acımtıl sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı. Narınca bax, narınca; Saxlaram saralınca; Şama döndü ürəyim; Səndən cavab alınca. (Bayatı).
|
NARINCA (ID - 30587)sif. Son dərəcə narın, çox xırda; xırdaca. Uşaqlar narınca qum üstündə oynayırdılar. - ..[Həbibə] boylanıb pəncərədən yollara narınca (z.) çisələyən yağışa baxdı. Mir Cəlal.
|
NARINCI (ID - 30588)sif Narınc rəngli, qırmızıya çalar sarı, portağal rəngində. Narıncı paltar. Narıncı örpək. - Getdikcə günəş qüruba doğru enir, üfüqün narıncı boyaları qırmızıya çalır. Çəmənzəminli.
|
NARINDİŞ(Lİ) (ID - 30589)sif Dişləri sıx və incə; xırdadişli (daraq haqqında).
|
NARINLAŞDIRMA (ID - 30590)“Narınlaşdırmaq” dan f.is.
|
NARINLAŞDIRMAQ (ID - 30591)f Narın hala salmaq, narın etmək, xırdalamaq, toz halına salmaq. Duzu narınlaşdırmaq. Torpağı narınlaşdırmaq.
|
NARINLAŞMA (ID - 30592)“Narınlaşmaq” dan f.is.
|
NARINLAŞMAQ (ID - 30593)f Narın hala düşmək, narın olmaq.
|
NARINLIQ (ID - 30594)sif 1. Narın şeyin halı; xırdalıq. Qumun narınlığı.
2. məc. Zəriflik, incəlik, naziklik. Tükün narınlığı. |
NARINTÜK(LÜ) (ID - 30595)sif Tükü nazik, zərif, yumşaq olan. Narıntüklü quş.
|
NARINYARPAQ(LI) (ID - 30596)sif Kiçik, xırda, zərif yarpaqları olan. Narınyarpaq bitki. - Enliyarpaq əvəliyi, narınyarpaq əməköməcini, .. küsəyən bənövşənimi deyim?! Mir Cəlal.
|
NARİNGİ (ID - 30597)is. Portağala oxşayan ətirli sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı; mandarin. Leyla gülümsünüb masanın üstünə çörək, ..alma və naringi mürəbbəsi olan vazlar qoydu. H.Seyidbəyli.
|
NARKOMANİYA (ID - 30598)is. [yun.] Narkotik maddələrdən müntəzəm istifadə etmək və ondan daimi asılılıqla səciyyələnən ictimai-psixoloji xəstəlik.
|
NARKOTİK (ID - 30599)[yun.] Təbabətdə ağrı kəsən və yuxuladıcı dərman kimi işlədilən maddə.
|
NARKOTIK (ID - 30600)sif [yun.] Tərkibində narkoz olan. Narkotik maddələr.
|
NARKOZ (ID - 30601) |
NARQOVURMA(SI) (ID - 30602)is. aşp. İçərisinə nar tökülmüş, narla hazırlanmış qovurma növü.
|
NARQURDU (ID - 30603)is. zool. Narı və bəzi başqa meyvələri zədələyən və onun çürüməsinə səbəb olan həşərat.
|
NARLI (ID - 30604)sif Nar qatılmış, sində nar olan. Narlı fətir (qutab).
|
NARLIQ (ID - 30605)is. Nar bağı, nar ağacları əkilmiş yer. [Camal və Zərəfşanın] Hacı Tarverdi narlığında bir-birinə rast gəlmələri təsadüfi deyildi. M.S.Ordubadi.
|
NARODOVOLÇU (ID - 30606)is. tar. Rusiyada XIX əsrin 80-ci illərində “Narodnaya volya” adlı gizli siyasi təşkilatın üzvü.
|
NARODOVOLÇULUQ (ID - 30607)is. tar. Rusiyada XIX əsrin 80-ci illərində xalqçılarm “народная воля” adlı təşkilatının rəhbərlik etdiyi ictimai-siyasi hərəkat (bu hərəkat mütləqiyyətlə kütləvi-siyasi mübarizəni siyasi suiqəsd və fərdi terrorla...
|
NARŞƏRAB (ID - 30608)is. Nar suyundan hazırlanan şirə. Balığı narşərabla yemək. - [Kişi:] Yaxşı, ürəyim narşərab istəyir, görəsən, orada narşərab verirlər? A.Şaiq.
|
NARYAD (ID - 30609)[rus.] 1. Hər hansı bir işi görmək, yaxud bir şeyi buraxmaq və ya vermək üçün sənəd, əmr, sərəncam. Direktorun əmri ilə naryad yazıb, Saleh kişiyə taxta verdilər. Mir Cəlal. [Şahpəri:] Sənə iş tapşırıblar, əməkgünlərini...
|
NARZAN (ID - 30610)[Şimali Qafqazda coğrafi addan] Kalium-karbonatlı mineral su. Narzan vannası. Narzan içmək.
|
NAS1 (ID - 30611)is. [ər. “insan” söz. cəmi] klas. İnsanlar, xalq, camaat, el. [Şah:] Indi mən əfradinasdən bir mərdi-fiəqirəm - Abbas Məhəmməd oğlu. M.F.Axundzadə. Şeyx Sədi.. nəinki bir şirazlılara vəyainki əhli-əcəmə, bəlkə ümum nasa...
|
NAS2 (ID - 30612)is. Dilin altına qoyulub çəkilən xına rəngli narın tütün növü. ..Türkmən müsafirləri və ya əlvan çapan Buxara tacirləri dizlərin qucuyub nas atırlar. S.M.Qənizadə. [Hərəmağası] dilinin altına bir az nas atıb, ulduzları seyr...
|
NASAZ (ID - 30613)sif. və zərf [fars.] 1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. Nasaz hal. Nasaz olmaq. - [Cabbar:] Dünən bir az nasazdım, gəlmədim. N.Vəzirov. [Bülənd:] Müəllim, nasaz deyilsiniz ki? ..Kefsizsiniz əgər, istəyirsiniz evə gedin....
|
NASAZLIQ (ID - 30614) |
NASEH (ID - 30615)is. [ər.] klas. Nəsihətçi, öyüdçü; öyüd verən, nəsihət verən. Məni rüsva görüb eyb etmə, ey naseh ki, məzurəm. Füzuli. Nasehlər edir mən məni mütribü neydən. Q.Zakir.
|
NASƏZA (ID - 30616)sif. [fars.] klas. Ədəbsiz, namünasib, nalayiq, layiq olmayan, layiq görülməyən. Nasəza iş. Nasəza hərəkət. - Deməm ki, fasidi vəsf et, saqın fəsadından! Yamanə yaxşı demək nasəza deyil də, nədir? M.Ə.Sabir. Mən sinəmi sizin...
|
NASİR1 (ID - 30617)is. [ər.] Nəsr yazan, nəsr əsərləri müəllifı, ədib. Nasirlərin yeni əsərləri.
|
NASİR2 (ID - 30618)sif. [ər.] Kömək edən, köməkçi, yardımçı.
|
NASİZM (ID - 30619)is. [lat.] Alman faşist ideologiyası.
|
NASOS (ID - 30620)[rus.] Su və ya başqa mayeləri, habelə qazı çəkmək və ya vurmaq üçün maşın, mexanizm. Suyu nasosla vurmaq. Qaz nasosu. Nasosu quraşdırmaq.
|
NASOSÇU (ID - 30621)is. Nasosa xidmət edən fəhlə.
|
NASOSXANA (ID - 30622)is. [rus. Hacoc və fars. ...xanə] Nasosların yerləşdiyi bina, yer. [Mədənlərdə] havabölüşdürən budkaların və nasosxanaların təmirinə dair tapşırıq da yerinə yetirilmişdir.
|
Bu səhifə dəfə baxılıb