İzahlı lüğət

NARAZILIQ

is. Qeyri-məmnunluq, razı olmama, inciklik, bir şeyə mənfi münasibət. Narazılığını bildirmək. Narazılıq göstərmək. Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyü ilə qarışıq bir narazılıq var. S.Hüseyn. Kənd arasında narazılıq başlandı. İ.Hüseynov. □ Narazılıq eləmək - razı qalmadığını, razı düşmədiyini bildirmək (göstərmək), narazı olmaq, mənfı münasibətini bildirmək. ..Anam həyatından narazılıq etmir, mənimlə təsəlli tapırdı. A.Şaiq. Bəziləri də moizədən narazılıq eləyirdilər. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed