
NASƏZAsif. [fars.] klas. Ədəbsiz, namünasib, nalayiq, layiq olmayan, layiq görülməyən. Nasəza iş. Nasəza hərəkət. - Deməm ki, fasidi vəsf et, saqın fəsadından! Yamanə yaxşı demək nasəza deyil də, nədir? M.Ə.Sabir. Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|