
NARAHATLIQis. 1. Rahatlıq olmayan hal, rahatlığı pozan şey. TU yerdən çox sürətlə qopsa da, sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər). M.İbrahimov.
2. Sıxıntı hissi, həyəcan, təlaş, nigarançılıq, təşviş. [Mollayev] Aslanovla qabaqlaşanda, həmişə nədənsə ürəyində anlaşılmaz bir narahatlıq duyurdu. M.Hüseyn. Əfruz bacının narahatlığı Mədədin narahatlığını daha da artırır, onu belə götür-qoy etməyə məcbur edirdi. S.Rəhimov. □ Narahatlıq keçirmək - bax narahat olmaq (“narahat” da). Qəhrəman özü də başqa uşaqlar kimi narahatlıq keçirir. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|