NAGÜMANLIQ (ID - 30423)is. Gümansızlıq, inamsızlıq, ümidsizlik.
|
NAGÜVARA (ID - 30424)sif. və zərf [fars.] köhn. Qeyridüzgün; zor, ağır, çətin. Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə.
|
NAĞARA (ID - 30425)is. Hər iki üzünə dəri çəkilmiş silindrik gövdəli zərb musiqi aləti. Nağara çalmaq. - Kəndin yuxarı tərəfində qarazurna mələyir, nağara gumbuldayır, tar, qaval səslənir, kim isə şirin-şirin oxuyurdu. Ə.Vəliyev. Nağara ağacı...
|
NAĞARAÇALAN, NAĞARAÇI (ID - 30426)is. Nağara çalan çalğıçı. [Cənnətəli ağa:] Qız uşağını öz başına qoysan ya aşığa gedər, ya nağaraçıya. N.Vəzirov.
|
NAĞARAÇILIQ (ID - 30427)is. Nağaraçının sənəti, peşəsi. Nağaraçılıq etmək.
|
NAĞD (ID - 30428)is. [ər.] 1. Pul (hər şəkildə olur olsun). [Hacı Saleh:] Pul istəyir, deyir pulu nağd verin. S.Rəhman. □ Nağd etmək (eləmək) - hər hansı bir şeyi satıb pul etmək (eləmək). Puldan ibarət var, dövlət, sərvət. Min manat nağdı...
|
NAĞIL (ID - 30429)is. [ər. nəql] Adətən əfsanəvi, fantastik qüvvələrin iştirakı ilə cərəyan edən uydurma hadisələr və şəxslər haqqında hekayə, rəvayət (şifahi xalq yaradıcılığının bir növü). Azərbaycan nağılları. Sehirli nağıllar....
|
NAĞILBAŞI (ID - 30430)is. folk. Dinləyiciləri maraqlandırmaq, güldürmək üçün nağılların əvvəlində söylənən yüngül məzmunlu müqəddimə, giriş; məsələn, Hamam hamam içində; Xəlbir saman içində; Dəvə dəlləklik elər; Köhnə hamam içində...
|
NAĞILBAZ (ID - 30431)is. [ər. nəql və fars. ...baz] Nağıl danışmağı, yaxud nağıla qulaq asmağı çox sevən adam. İkinci gün [Sabirin] yadına.. nağılbaz qocalar düşürdü. S.Rəhimov.
|
NAĞILBAZLIQ (ID - 30432) |
NAĞILÇI (ID - 30433)is. 1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. (Ata. sözü). [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?.. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm?...
|
NAĞILÇILIQ (ID - 30434)is. Uzunçuluq, sözçülük. Yazıçı.. özbaşına təsviri istədiyi yerdə kəssə və ya əlavə edib uzatsa, nağılçılıq meydana çıxar. M.İbrahimov.
|
NAĞILVARİ (ID - 30435)zərf və sif Üslub və məzmun etibarilə nağıl kimi olan, nağıla oxşar. Nağılvari danışmaq. Nağılvari yazmaq.
|
NAHAQ (ID - 30436)sif. [fars. na... və ər. həqq] 1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz. [Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar.. M.F.Axundzadə.
2. Əbəs, yersiz,... |
NAHAQCA (ID - 30437)zərf Nahaq yerə, əbəs yerə. Qəlbini incitməsin nahaqca vicdanın sənin! Ə.Nəzmi.
|
NAHAQDAN (ID - 30438)zərf Heç bir əsas və dəlil olmadan, haqsız olaraq. Nahaqdan işə düşmək. - Məsləhətçin eləyiblər neçə əşxası qaçaq; Neçə kəs var ki, nahaqdan olubdur dustaq.. S.Ə.Şirvani. // Nahaq yerə, əbəs yerə. [Rəhman:] Lap nahaqdan...
|
NAHAQLIQ (ID - 30439)is. Haqsızlıq, ədalətsizlik, insafsızlıq. [Məhərrəm:] [İki cavanı zor ilə ayırmaq] ədalətsizlik deyilmi? Nahaqlıq deyilmi. C.Cabbarlı.
|
NAHAMAR (ID - 30440)sif. [fars. nahəmvar] 1. Kələkötür, girintili-çıxıntılı, çala-çuxur, hamar olmayan. Nahamar yer. Nahamar taxta. - Sərbəndin nahamar olması [ustanı] ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Çəmənzəminli. Nahamar...
|
NAHAMARLIQ (ID - 30441)is. Nahamar şeyin halı. Sahənin nahamarlığını düzəltmək.
|
NAHAMVAR (ID - 30442)klas. b a x nahamar.
|
NAHAR (ID - 30443)is. [ər. nəhar] 1. Günorta yeməyi. Nahar etmək. - Mirzə iştahasız nahar yeyib yatmaq istədi. Ə.Haqverdiyev. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. // Bu məqsədlə hazırlanmış yemək, xörək....
|
NAHARLIQ (ID - 30444)sif Nahara məxsus, nahara aid, nahar üçün. Naharlıq ərzaq tədarük etmək. - [Cəfər:] Qardaş, indi növbətdən çıxa bilərsən, iki naharlıq biletimiz var. Çəmənzəminli.
|
NAHARSIZ (ID - 30445)zərf Yeməksiz, ac. Naharsız saxlamaq. - [Qaraca qız:] ..Anam sağ olanda məni də naharsız qoyardı. S.S.Axundov.
|
NAHİYƏ (ID - 30446)is. [ər.] 1. 1917-ci il inqilabından əvvəl və inqilabın ilk dövründə qəza tərkibinə daxil olan inzibati-ərazi vahidi; rayon. [Kəndli:] Dedim heç belə bir iş olmaz, getdim nahiyəyə, ispolkoma dedim, dedi ərizə ver. T.Ş.Simurq. [Bəhram:]...
|
NAX (ID - 30447)is. Qafqaz qrupuna daxil olan dillərdən biri.
|
NAXA (ID - 30448)b ax naqqa.
|
NAXAH (ID - 30449)[fars.] köhn. İstəmədən, istəməyərək, istəməyə-istəməyə. Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır. Xan ona tərəf baxanda naxahi baş əyir. Ə.Haqverdiyev.
|
NAXƏLƏF (ID - 30450)sif [fars. na... və ər. xələf] Əcdadına, əslinə, əsli-nəsəbinə layiq olmayan. Naxələf övlad. - Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. Ax, naxələf oğlum, nə yaman eşqə düşübsən; Ey kaş,...
|
NAXƏLƏFLİK (ID - 30451)is. Ata-anaya qarşı nankorluq; naşükürlük. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə. C.Məmmədquluzadə. // Nanəciblik, rəzillik, pislik, yamanlıq. [Göyçək Fərruxa:] Bizdə nə naxələflik...
|
NAXIR (ID - 30452)is. Bir yerdə otlayan mal-qara sürüsü. ..Şiddətli çovğun başladığı üçün naxır çöldən tez qayıtdı. S.Hüseyn. Naxır tozlu yollardan axışıb gəlirdi. Mir Cəlal. □ Naxıra getmək - naxır otarmaq, naxırçılıq etmək. ..Mövlamverdi...
|
NAXIRÇILIQ (ID - 30453)is. Naxırçının işi, peşəsi. Naxırçılıq etmək.
|
NAXIROTARAN, NAXIRÇI (ID - 30454)is. Mal-qara otaran, naxıra baxan adam. [Kərbəlayı Məmmədvəli:] Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq! N.Vəzirov. [Gülsənəm:] ..Ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış....
|
NAXIŞ (ID - 30455)is. [ər. nəqş-dən] 1. Rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət şəkil, çəki, bəzək və s. Onun divarları aləlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun. Zərqələmin yadigarı üzərində naxışlar...
|
NAXIŞAÇAN (ID - 30456)is. Ağac, metal, daş və s. üzərində cürbəcür naxışlar salan, naxışlar həkk edən usta; naxış ustası. // Sif. mənasında. Naxışaçan usta.
|
NAXIŞÇI (ID - 30457)is. Naxış vuran, naxış salan usta, naxışaçan.
|
NAXIŞLAMA (ID - 30458)“Naxışlamaq” dan f.is.
|
NAXIŞLAMAQ (ID - 30459)f 1. Cürbəcür rənglər, boyalar, saplar və s. ilə şeylərin üzərinə naxış salmaq, naxış vurmaq. Evin divarlarını naxışlamaq. Köynəyin yaxasını naxışlamaq. Yaylıq, səni yar işlədi; Ətrafını naxışladı.. Aşıq Kərəm.
2.... |
NAXIŞLANMA (ID - 30460)“Naxışlanmaq” dan f.is.
|
NAXIŞLANMAQ (ID - 30461)məch. Naxış vurulmaq, naxış salmmaq, naxışla bəzənmək. Evin divarları naxışlanıb qurtarmışdır.
|
NAXIŞLANMIŞ (ID - 30462)f.sifi Üzərində naxış açılmış, naxış vurulmuş, naxışla bəzədilmiş; naxışlı. Naxışlanmış kəlağayı. Naxışlanmış divar.
|
NAXIŞLI (ID - 30463)sif. 1. Naxış vurulmuş, naxış salınmış, naxışla bəzədilmiş. Naxışlı dəsmal. Naxışlı qab. Naxışlı mal. - Katib.. bir cüt qırmızı dilim naxışlı çaynik çıxartdı. S.Rəhimov. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə...
|
NAXIŞSIZ (ID - 30464)sif. Naxışı olmayan; saya. Naxışsız parça. Naxışsız qab.
|
NAXOŞ (ID - 30465)is. [fars.] Xəstə, azarlı. Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən.. C.Məmmədquluzadə. [Sultan bəy:] Nə olub ki, naxoş deyilsən ki? Ü.Hacıbəyov. // Sif. mənasında. Naxoş adam.
□ Səndən... |
NAXOŞLAMA (ID - 30466)“Naxoşlamaq” dan f.is.
|
NAXOŞLAMAQ (ID - 30467)f Xəstələnmək, azarlamaq. [Imran:] Yadındadırmı, anacan, atam bir dəfə naxoşladı.. Ə.Haqverdiyev. [Aydın Səkinəyə:] Əgər naxoşlayıb eləsən, yanıma gəl. H.Seyidbəyli.
|
NAXOŞLATMA (ID - 30468)“Naxoşlatmaq” dan f.is.
|
NAXOŞLATMAQ (ID - 30469)f. Xəstələndirmək, azarlatmaq, xəstəliyə salmaq, naxoşlamasına səbəb olmaq. Uşağı soyuğa verib naxoşlatmaq. - [Nisə xala:] Tərli-tərli içəndə su bizə ləzzət verir. Amma sizləri naxoşladır. Qantəmir.
|
NAXOŞLUQ (ID - 30470)is. Xəstəlik, azarlılıq. Naxoşluğu uzun çəkmək. - [Əvvəlinci azarlı:] ..Bu zəhrimar naxoşluq yapışıb yaxamdan. C.Məmmədquluzadə. [Baxışoğlu Həsən] .. özünü azardan və naxoşluqdan hifz etməzdi. Talıblı. □ Naxoşluğa...
|
NAXÜNƏK (ID - 30471)is. Birinin üzüyumşaqlığmdan istifadə edərək şeyini götürmə (adətən naxünək vurmaq, naxünək etmək şəklində işlənir). - Ye bala, ye!.. - deyə Kərbəlayı özü də böyürdən naxünək vurmağa başladı. M.Hüseyn. Prokurorformalı...
|
NAXÜNƏKÇİ (ID - 30472)is. Naxünək vurmağı adət etmiş adam. Naxünəkçinin cibi gen olar. (Məsəl).
|
Bu səhifə dəfə baxılıb