İzahlı lüğət

NAĞIL

is. [ər. nəql] Adətən əfsanəvi, fantastik qüvvələrin iştirakı ilə cərəyan edən uydurma hadisələr və şəxslər haqqında hekayə, rəvayət (şifahi xalq yaradıcılığının bir növü). Azərbaycan nağılları. Sehirli nağıllar. - Şirin-şirin nənəm nağıllar deyir; Mənim yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışar, çox qəribə tapmacalar deyərdi. A.Şaiq. Nağıl etmək (eləmək) - şifahi surətdə bildirmək, danışmaq. [İskəndər:] Ey mənim gözəl Nazlı bacım.. Mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim. C.Məmmədquluzadə. [Mehriban] dördbeş illik həyatını, son günədək başına gələn hadisələrin hamısını ona nağıl etdi. S.Hüseyn. Nağıl kimi - əslən olmayan, uydurma, xəyali bir şey haqqında. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünürdü. M.İbrahimov.
□ Nağıl açmaq - bir hadisə, iş haqqında uzun-uzadı danışmaq. Min də nağıl aç, birin aldatmayır; Keçdi gecə, mətləbə əl çatmayır.. M.Ə.Sabir. [Kərim kişi:] Yaxşı, nağıl açma, de görüm nə istəyirsən? İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed