
NAXIŞis. [ər. nəqş-dən] 1. Rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət şəkil, çəki, bəzək və s. Onun divarları aləlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun. Zərqələmin yadigarı üzərində naxışlar tikilmiş bir yaylıq idi. Ə.Sadıq. □ Naxış vurmaq (salmaq) bax naxışlamaq. [Turac:] Batmış gör necə də qəşəng naxışlar vurub!.. I.Əfəndiyev. Şaxta pəncərəyə naxış salanda; Bir böyük heykəlin keçib yanından; Seyr edirəm onu mən heyran-heyran. N.Rəfibəyli.
2. Kart kağızlarında xal, nişan. □ Naxışı tutmaq - oyunda və s. əli gətirmək, udmaq. naxış-naxış sif. Naxışları olan, naxışlarla bəzəkli, naxışlı. Naxış-naxış köynək. Paylaşın - Hamı bilsin
|