
NAHARis. [ər. nəhar] 1. Günorta yeməyi. Nahar etmək. - Mirzə iştahasız nahar yeyib yatmaq istədi. Ə.Haqverdiyev. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. // Bu məqsədlə hazırlanmış yemək, xörək. Nahar hazırlamaq. - ..Qız nahar bişirmək üçün ərzaq almağa getdi. M.S.Ordubadi.
2. Həmin xörək yeyilən vaxt; günorta. Nahara qədər işləmək. - Səlimə qadınlar klubunda nahardan axşama qədər çalışır. H.Nəzərli. Əfruz bacı bir gün nahardan sonra Mədədi yaxaladı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|