İzahlı lüğət

NAĞD

is. [ər.] 1. Pul (hər şəkildə olur olsun). [Hacı Saleh:] Pul istəyir, deyir pulu nağd verin. S.Rəhman. □ Nağd etmək (eləmək) - hər hansı bir şeyi satıb pul etmək (eləmək). Puldan ibarət var, dövlət, sərvət. Min manat nağdı var. // Sif. mənasında. Hazırda mövcud olan, əldə olan, üzdə olan. Bir nəfər Hacının əqrəbasından getdiyi Kərbəlaya and içib, Hacı Səlimin bankda on altı milyon nağd pulunun yatdığını söyləyir. Ə.Haqverdiyev. // Məc. mənada. Nağd iyirmi adam var.
məc. dan. Mütləq, sözsüz, şəksiz, şübhəsiz, yəqin.
□ Nağd eləmək dan. - yəqin etmək (bəzən istehza ilə deyilir). Ezamiyyətə getməyi nağd eləmək. Nağdı qoyub nisyə dalınca getmək (qaçmaq) - yerinə yetirilməsi çətin olan bir işdən, şeydən yapışmaq. Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən. S.Ə.Şirvani. Nağdı nisyəyə satmaq - bax nağdı qoyub nisyə dalınca getmək (qaçmaq). Axmaq o adamdır ki, nağdı nisyəyə satır. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......