İzahlı lüğət

NƏNƏLİK (ID - 30873)

is. 1. Ögey nənə. Məsmə Səlimin nənəliyi hesab olunurdu. Mir Cəlal.
məc. Analıq. [Hacı Murad:] Durub təzədən ona nənəlikedə bilmərəm ki. S.S.Axundov. Nənənin nəvələri üzərindəki haqqı. // Nənə ilə nəvəsi arasındakı...

NƏNNİ (ID - 30874)

is. 1. Körpə uşaqları yatırtmaq üçün asılan kiçik yatacaq. [Qumru] uşağı nənniyə salıb küncə qısıldı. Mir Cəlal. Tarlanın ortasında palıd ağacının budaqlarından çoxlu nənni asılmışdı. İ.Hüseynov.
2. Uzanıb, ya...

NƏR (ID - 30875)

sif. [fars] 1. Erkək (dəvə). Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. Ə.Məmmədxanlı. // İs. mənasında. Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək;...

NƏRD (ID - 30876)

is. [ər.] 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti. // Həmin alətlə oynanılan oyun. Axşamçağı nərd oynamağa yanıma gəlmiş dostum içəri gircək yenə də köhnə adəti üzrə ikinci mühəndisi...

NƏRDİVAN (ID - 30877)

is. [fars.] Bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsait. Orada evin damına çıxan bir nərdivan var idi. H.Nəzərli.

NƏRDTAXTA (ID - 30878)

bax nərd. [Budaq:] Mirzə Alış məni Osman bəygildən nərdtaxta gətirməyə göndərdi. Ə.Vəliyev.

NƏRƏ1 (ID - 30879)

is. zool. Qiymətli əti, kürüsü olan, çaylarda, dənizlərdə yaşayan qığırdaqlı balıq.

NƏRƏ2 (ID - 30880)

is. məh. Evlərin üstünə qoyulan tir. Su gəldi, pərə dəydi; Ox keçdi, nərə dəydi; Sənin kimi cavanlar; Tezliklə yerə dəydi. (Bayatı).

NƏRƏ3 (ID - 30881)

is. [ər.] Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı. □ Nərə çəkmək, nərə vurmaq - bərk bağırmaq. Koroğlu axırda bir dəli nərə çəkib, Dəli Həsəni götürüb yerə vurdu. “Koroğlu” . Nəbi bir nərə çəkdi...

NƏRGİZ (ID - 30882)

is. [fars. əsli yun.] Ətirli ağ və ya sarı çiçəkləri olan soğanaqlı gül. Nərgizi, bənövşəni; Qəddinə heyran elədin! Aşıq Ələsgər. // məc. Bəzən gözəlin gözləri bu gülə oxşadılır. Oğrun baxa-baxa, ey çeşmi nərgiz;...

NƏRİLDƏMƏ (ID - 30883)

“Nərildəmək” dən f.is.

NƏRİLDƏMƏK (ID - 30884)

f 1. Nərilti səsi çıxarmaq; bağırmaq, qışqırmaq, nərə vurmaq. [Pələng] iki-üç addım məndən aralı bir qaratikan kolu yanındayıxılıb nərildəyirdi. A.Şaiq. Xan acığından şəbkülahını başına basıb bir az vəhşi heyvanlar...

NƏRİLTİ (ID - 30885)

is. 1. Bağırtı, böyürtü, qışqırıq, çığırtı, nərə səsi. ..[Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov.
2. məc. Gurultu, uğultu,...

NƏRİLTİLİ (ID - 30886)

sif. Gurultulu, uğultulu, son dərəcə səsli-küylü. Belə bir şaqqıltılı, nəriltili, gurultulu hala adət edib alışmış Fərhadoğlu dərin fikirdən ayrıldı.. S.Rəhimov.

NƏRMƏ-NAZİK (ID - 30887)

sif 1. İncə, zərif, nazik. Ağ biləklərində qızıl bilərzik; Zərif lətif sevimli, nərmə-nazik. A.Səhhət. [Zeynal:] Mənim belə nərmə-nazik dövlətli xanımlarından xoşum gəlmir.. Ə.Əbülhəsən. Teymurun qardaşı nərmə-nazik,...

NƏRMƏ-NAZİKLİK (ID - 30888)

is. İncəlik, zəriflik, naziklik.

NƏRTAXTA (ID - 30889)

bax nərdtaxta. [Koroğlu:] Qurun nərtaxtanı, gəlin oynayaq; Atın ağ zərləri, şeşi beş olsun. “Koroğlu” . Oyun otağından nərtaxta səsi gəlirdi. Ə.Sadıq.

NƏSB (ID - 30890)

is. [ər.]: nəsb etmək - rəbt etmək, bağlamaq, bənd etmək.

NƏSƏ (ID - 30891)

NƏSƏB (ID - 30892)

is. [ər.] Mənşə, nəsil, soy, əcdad silsiləsi (çox vaxt “əsil-nəsəb, əslü-nəsəb” şəklində işlənir). Əslü-nəsəbim sənə əyandır; Hökmüm neçə min evə rəvandır. Füzuli. [Heydər bəy:] Zatında şübhə olanlar öz...

NƏSX (ID - 30893)

is. [ər.] Əsasən kitab çapında işlədilən ərəb yazı xətlərindən birinin adı.

NƏSİB (ID - 30894)

is. [ər.] Qismət, hissə, pay, bəxtə çıxan şey, bəxt. □ Nəsib etmək (eyləmək) qismət etmək, uğruna çıxartmaq. Yarımı yar eylədin əğyarə, ey fələk; Etdin gülü nəsib genə xarə, ey fələk! S.Ə.Şirvani. Çoxdandır ki, sizin...

NƏSİHƏT (ID - 30895)

is. [ər.] Öyüd, yol göstərici sözlər. Ata nəsihəti. Nəsihətə qulaq asmaq. Nəsihət vermək (etmək) - öyüd vermək, ağıl vermək. [Müəllim:] ..Təvəqqe eləyirəm, Mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın....

NƏSİHƏTAMİZ (ID - 30896)

sif [ər. nəsihət və fars. ...amiz] Nəsihətverici, öyüd verən, ağıl öyrədən; nəsihətyana, nəsihətlə dolu; dərin, ağıllı. Nəsihətamiz atalar sözü. Nəsihətamiz aforizmlər. - Qaraş Mayanın nəsihətamiz şəkil alan sözlərinə...

NƏSİHƏTAMİZLİK (ID - 30897)

is. Nəsihət xasiyyəti daşıma, nəsihət mahiyyətində olma.

NƏSİHƏTÇİ (ID - 30898)

is. Nəsihət verən, öyüd verən, yol göstərən. [Hacı Mehdi Sənəmə:] Başımdan açıl, ovqatımı təlx eləmə. Hələ gəlib mənə bir nəsihətçi olacaq. Ə.Haqverdiyev.

NƏSİHƏTÇİLİK (ID - 30899)

is. Nəsihət, öyüdvermə xasiyyəti (meyli). Ədəbi əsərlərdə nəsihətçilik üsulundan uzaqlaşmaq.

NƏSİHƏTYANA (ID - 30900)

zərf Nəsihət tərzində, nəsihət yolu ilə, öyüd məqsədi ilə, doğru yol göstərmək məqsədi ilə. Nəsihətyana danışmaq. - [Asya nəsihətyana:] Sən yekə qızsan, elə şeyləri başından çıxart, sən hara, bazarın gədəsi hara?...

NƏSİL (ID - 30901)

is. [ər.] 1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. Ikinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir,.....

NƏSİLBƏNƏSİL (ID - 30902)

sif. Nəsildən-nəslə, nəsillər boyunca, ata-babadan tutmuş. [Zeyni baba:] Elədir, nəyimiz varsa nəsilbənəsil talanıb. Ə.Məmmədxanlı. Bu əsər nəsilbənəsil böyük artistlərimiz üçün məktəb əvəzini verib. S.Rəhman.

NƏSİLDƏNGƏLMƏ (ID - 30903)

sif. Nəslə aid olan, nəsillə bağlı olan; irsi. Nəsildəngəlmə xəstəlik.

NƏSİLDƏN-NƏSLƏ (ID - 30904)

zərf Bir nəsildən digərinə. Yazı icad olunana qədər dərmanlar haqqında olan bilik və məlumat nəsildənnəslə şifahi surətdə keçirdi. S.Əliyev.

NƏSİLLİK (ID - 30905)

sif Nəslə məxsus, nəslə aid. Nəsillik xəstəlik. Nəsillik torpaq.

NƏSİLLİKCƏ (ID - 30906)

zərf Nəslən, nəslin hamısı, bütün nəsil. Nəsillikcə oxumuş. - [Səməndər:] Deyəsən, sizin nəsillikcə doğru işdən xoşunuz gəlmir?! B.Bayramov.

NƏSİLSİZ (ID - 30907)

sif Nəsli olmayan, nəsil verməyən, övladı olmayan.

NƏSİLSİZLİK (ID - 30908)

is. Nəsil verməmə, övladı olmama, nəsli olmama.

NƏSİM (ID - 30909)

NƏSLƏN (ID - 30910)

zərf [ər.] 1. Nəslə görə, nəsilcə. Nəslən ərəbdir.
2. Bütün nəsil. Nəslən məhv olmaq. // Nəsildən gəlmə, irsdən keçmiş. Nəslən keçmə xəstəlik.

NƏSLİ (ID - 30911)

sif [ər.] Nəsildən-nəslə keçən, bir nəslə aid olan; irsi. Məsmənin dediyindən məlum olurdu ki, göz ağrısı [kor kişigildə] nəsli bir xəstəlik imiş. S.Hüseyn. Tərbiyə işi nəsli və irsi bir iş deyildir. M.S.Ordubadi.

NƏSR (ID - 30912)

is. [ər.] Roman, hekayə, novella tərzində yazılmış (qeyri-mənzum) ədəbiyyat (nəzm əksi). Nəsr, dramaturgiya və publisistikada satiranın yaradıcısı Cəlil Məmmədquluzadə olmuşsa, poeziyada Sabir olmuşdur. M.İbrahimov.

NƏSRANİ (ID - 30913)

is. [ər. əsli qədimyəh.] Xaçpərəst, isəvi, xristian.

NƏSRİN (ID - 30914)

[fars.] klas. bax nəstərən. Bir əndamı nəsrin, dodağı qönçə; Bir qaməti gülbuy yarə aşiqəm. M.P.Vaqif. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar? Q.Zakir.

NƏSTƏRƏN (ID - 30915)

is. [fars.] Ağ çiçəkli yabanı gül. Çıxarıb baş bənövşələr yerdən; Açılır bağda nəstərən, süsən. M.S.Ordubadi. Ərikgülü və ya nəstərən növü Azərbaycanda bir bəzəkbitkisi kimi becərilir. M.Qasımov. // məc. klas. Ağ,...

NƏŞ (ID - 30916)

is. [ər.] Meyit, cənazə, ölü. Gəlmə nəşim üstə, versəm həsrə-tindən can əgər; Qeyrlər ta olmasın agah ki, yarımsan mənim. S.Ə.Şirvani. Tanrıverdi soyuq və laqeyd bir tövr ilə: - Hacı Qurbanın nəşi quyudamı qalacaq? - deyə...

NƏŞAT (ID - 30917)

is. [ər.] klas. Sevinc, şadlıq, kef. Mey sonulduqca doğar zövq, nəşat; Ölülər içsə bulur tazə həyat. H.Cavid.

NƏŞƏ (ID - 30918)

is. [ər.] Kef, sevinc, ləzzət, zövq. Mey nəşəsini zövq bilər, cam nə bilsin. M.Ə.Sabir. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna ha-kim oldu. Çəmənzəminli. Bir tərəfdən isti çayın nəşəsi...

NƏŞƏLƏNDİRMƏ (ID - 30919)

“Nəşələndirmək” dən f.is.

NƏŞƏLƏNDİRMƏK (ID - 30920)

f 1. Kefini açmaq, şadlandırmaq, əyləndirmək, kef vermək, ürəyini açmaq. Xanımın sol tərəfində duran gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. M.S.Ordubadi. // Ruh yüksəkliyi yaratmaq, ruhlandırmaq....

NƏŞƏLƏNMƏ (ID - 30921)

“Nəşələnmək” dən f.is.

NƏŞƏLƏNMƏK (ID - 30922)

f 1. Şadlanmaq, fərəhlənmək, zövqlənmək, ürəyi açılmaq. Gerçək, bu nə? Oynayıb-çalan yox; Bir nəşələnib də zövq alan yox. H.Cavid. [Səbri] çaldığı əsərinmi, yoxsa ürəyinə axan sevincinmi təsirindən nəşələnib bir...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed