
NƏRMƏ-NAZİKsif 1. İncə, zərif, nazik. Ağ biləklərində qızıl bilərzik; Zərif lətif sevimli, nərmə-nazik. A.Səhhət. [Zeynal:] Mənim belə nərmə-nazik dövlətli xanımlarından xoşum gəlmir.. Ə.Əbülhəsən. Teymurun qardaşı nərmə-nazik, ağbəniz və qəşəng olduğu üçün Şəmsi ona “qız Seymur” deyirdi. H.Seyidbəyli. // məc. Ruh oxşayan, ürəyəyatan; incə, zərif. Külli-Qarabağın abi-həyatı; Nərmə-nazik bayatıdır, bayatı. M.V.Vidadi.
Ağır, çətin, fiziki işlərə adət etməmiş, ümumiyyətlə, fiziki işdən qaçan adam haqqında (yalnız mənfi mənada işlənir). Paylaşın - Hamı bilsin
|