.....i_l_by_id_with_comments
NƏRİLTİis. 1. Bağırtı, böyürtü, qışqırıq, çığırtı, nərə səsi. ..[Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov.
2. məc. Gurultu, uğultu, dəhşətli səs. Hamı dənizin heybətli nəriltisini dinləyirdi. M.Hüseyn. Haradansa, uzaqlardan şiddətlə qayalara çarpan dəniz dalğalarının qorxunc nəriltisi gəlirdi. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|