
NƏRƏ3is. [ər.] Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı. □ Nərə çəkmək, nərə vurmaq - bərk bağırmaq. Koroğlu axırda bir dəli nərə çəkib, Dəli Həsəni götürüb yerə vurdu. “Koroğlu” . Nəbi bir nərə çəkdi ki, dağ-daş titrədi. “Qaçaq Nəbi” . // Ümumiyyətlə bərk qışqırıq; çığırtı. Muradqulu və Heydərqulunun nərələri evə bir elə vəlvələ saldılar ki, guya elə bu saat dünya və aləm dağılacaq? C.Məmmədquluzadə. [Rüstəm kişi] birdən elə nərə çəkib qışqırdı ki, səsinə çöllər titrədi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|