
NƏSİHƏTis. [ər.] Öyüd, yol göstərici sözlər. Ata nəsihəti. Nəsihətə qulaq asmaq. Nəsihət vermək (etmək) - öyüd vermək, ağıl vermək. [Müəllim:] ..Təvəqqe eləyirəm, Mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın. C.Məmmədquluzadə. [Mirzə Cavad:] Ay oğul, nə olar bu qoca atana elədiyin nəsihətdən bir az da özünə eləyəsən. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|