İzahlı lüğət

NAZİKCƏ (ID - 30673)

sif 1. Çox nazik, olduqca nazik. Nazikcə çubuq.
məc. Çox incə, incəqəlbli, həssas, riqqətli. Mürsəl öz dostu haqqında söhbətə ara vermədi: - Ana, Ataş nazikcə bir oğlandır (dedi). Ə.Vəliyev.

NAZİKDİŞ(Lİ) (ID - 30674)

bax narındiş(li). [Ana] başımı dizinin üstünə qoyub gah sığallayır, hərdən də saçımı yuyub nazikdiş daraqla darayırdı. Ə.Vəliyev.

NAZİKDODAQ(LI) (ID - 30675)

sif Dodaqları nazik olan. Nazikdodaq qız.

NAZİKQABIQ(LI) (ID - 30676)

sif Qabığı nazik olan. Nazikqabıq nar. Nazikqabıq qoz.

NAZİKQAŞ(LI) (ID - 30677)

sif Qaşları nazik, incə olan. Nazikqaş gəlin.

NAZİKLƏNMƏ (ID - 30678)

"Naziklənmək” dən f.is.

NAZİKLƏNMƏK (ID - 30679)

b a x nazikləşmək.

NAZİKLƏŞDİRİLMƏ (ID - 30680)

“Nazikləşdirilmək’dən f.is.

NAZİKLƏŞDİRİLMƏK (ID - 30681)

məch. Daha da nazik hala salınmaq, daha nazik edilmək.

NAZİKLƏŞDİRMƏ (ID - 30682)

"Nazikləşdirmək” dən f.is.

NAZİKLƏŞDİRMƏK (ID - 30683)

f. Daha da nazik etmək, qalınlığını azaltmaq. Taxtanı nazikləşdirmək. Yorğanı nazikləşdirmək.

NAZİKLƏŞMƏ (ID - 30684)

“Nazikləşmək” dən f.is.

NAZİKLƏŞMƏK (ID - 30685)

f. 1. Nazik olmaq, nazik hala düşmək; incələşmək. [Bəziləri] gecə evdə yatandapapaqlarını başlarından çıxartmırlar, bunun da nəticəsi bu olur ki, mürur ilə onların başlarının çanağı nazikləşir və kiçilir. C.Məmmədquluzadə.
Arıqlamaq,...

NAZİKLİK (ID - 30686)

is. 1. Nazik şeyin halı (qalınlıq müqabili). Parçanın nazikliyi. Paltarın nazikliyi. - Hər şey nazikliyindən sınsa, insan yoğunluğundan sınar. (Ata. sözü).
2. məc. İncəlik, həssaslıq, riqqət. Naziklik ilə qönçeyi-xəndanı...

NAZİKMƏZAC (ID - 30687)

sif. [fars. nazik və ər. məzac] Məcazı, təbiəti, xasiyyəti zərif, incə, xoş olan. Nazikməzac adam.

NAZİKTƏR (ID - 30688)

sif. [fars.] klas. İncə, zərif. Sona gər xidmət edən bir məhi-gül-peykər ola; Qaməti sərvdən əla, əli naziktər ola. Aşıq Mirzə.

NAZİKÜRƏK(Lİ) (ID - 30689)

sif. Ürəyi yumşaq, qəlbi nazik, tez riqqətə gələn; incəqəlbli. Nazikürək adam. - Kəl Həsən çox nazikürək idi. Cavana dedi: - Ay cavan, qəm yemə, bu dəqiqə səni məşuqənə yetirərəm. (Nağıl).

NAZİKVÜCUD(LU) (ID - 30690)

bax nazikbədən(li). [Budaq:] Ucaboy, nazikvücud Qarayev çox bikef idi. Ə.Vəliyev

NAZİKYARPAQ(LI) (ID - 30691)

sif. Yarpaqları nazik olan. Nazikyarpaqlı kol.

NAZİL (ID - 30692)

[ər.]: nazil olmaq klas. - dini etiqadlara görə Allah tərəfindən göydən düşmək, gəlmək, enmək. Allah-taalanın hər bir bəlası gərək bizim bədbəxt vilayətə nazil ola. C.Məmmədquluzadə.

NAZİLMƏ (ID - 30693)

"Nazilmək” dən f.is.

NAZİLMƏK (ID - 30694)

bax nazikləşmək. Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışırdı. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. Qışqıraqışqıra getdikcə...

NAZİM (ID - 30695)

is. [ər.] 1. Nizama salan, tənzim edən, qaydaya salan. //bax nizamlayıcı 2-ci mənada. Nazim çarxı.
2. köhn. Bir əhvalatı, hekayəti nəzmə çəkən; şair.

NAZİR (ID - 30696)

is. [ər.] 1. Nazirliyə (1-ci mənada) başçılıq edən hökumət üzvü. Maliyyə naziri. Maarif naziri. - Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Bakıdan nazir kəndə gələndə birbaş maşını sürür tarlaya, kolxozçularla...

NAZİRLİK (ID - 30697)

is. 1. Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina, ev. Maarif nazirliyi. Daxili işlər nazirliyi. Nazirlikdə işləmək. - [Ümid] sabah nazirliyə gedib...

NAZ-QƏMZƏ (ID - 30698)

is. [fars. naz və ər. qəmzə] İşvə, süzgün baxış, cilvə. Atdı müjgan oxun, keçdi sinəmdən; Naz-qəmzələri canıma düşdü. Aşıq Ələsgər. [Almaz:] Canım, bir kəlmə danış onlardan, zalım uşaqlarının naz-qəmzəsi adamın...

NAZLAMA (ID - 30699)

“Nazlamaq” dan f.is.

NAZLAMAQ (ID - 30700)

f. Əzizləmək, nazını çəkmək, oxşamaq, nəvaziş etmək. Uşağı nazlamaq.
Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza.

NAZLANDIRMA (ID - 30701)

"Nazlandırmaq” dan f.is.

NAZLANDIRMAQ (ID - 30702)

f Oxşamaq, nazını çəkmək, əzizləmək, nəvaziş etmək. [Mirzə Cəmil:] Özü də [ər] elə adam olsun ki, [Hürünü] quş kimi yemləsin, nazlandırsın. Ə.Vəliyev. [Ədhəm] Nisəyə yaxınlaşdı, onu oxşamaq, nazlandırmaq xəyalına...

NAZLANMA (ID - 30703)

"Nazlanmaq” dan f.is.

NAZLANMAQ (ID - 30704)

f Naz eləmək, işvə etmək, naz satmaq. [Koroğlu:] Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. “Koroğlu” . Sara xanım bu sözdən sonra qara kirpiklərini bir-biri üzərinə tikərək nazlandı.. M.S.Ordubadi. Qarşımda nazlanıb...

NAZLI (ID - 30705)

sif Şivəli, qəmzəli, işvəli. Adətdir aşiqin nazlı yar ilən; Arasında belə çəm-xəm olubdur. Q.Zakir. Alagözlü, nazlı dilbər; Elindən xəbərin varmı? Aşıq Ələsgər. // Ərköyün, ərköyün böyümüş. Nazlı qız. // Obrazlı...

NAZLICA (ID - 30706)

“Nazlı” dan oxş. Dolanım başına, ey nazlıca yarım, bəri bax; Işvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. S.Ə.Şirvani.

NAZLI-DUZLU (ID - 30707)

sif. dan. İşvəli, qəmzəli, qanışirin, xoş, şux. Nazlı-duzlu qız. Nazlıduzlu gəlin.

NAZNAZI (ID - 30708)

is. mus. Ağır templi Azərbaycan oyun havalarından biri.

NAZ-NEMƏT, NAZÜ NEMƏT (ID - 30709)

is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu” . [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın; Ortaya hər çeşid...

NAZ-NƏVAZİŞ (ID - 30710)

bax nəvaziş. [Nadir] ağır və məsul çalışdıqdan sonra gəlib, evdə kimsənin naz-nəvazişini, mehriban rəftarını görmədiyini xatırladı. B.Talıblı.

NEANDERTAL (ID - 30711)

is. [xüs.] 250 min il öncə yaşamış qədim insan.

NECƏ (ID - 30712)

1. zərf Sual məqamında: nə təhər, nə cür. Necəgetdin? Necəgəlmisən? Onu necə gördün? - [Sona xanım:] Dan yeri ağarıb sabah indicə açılar, bilmirəm necə edim? M.F.Axundzadə. [İskəndər:] Hə... ana, kefin necədir? C.Məmmədquluzadə....

NECƏLİK (ID - 30713)

is. Xüsusiyyət, keyfiyyət. [Rüstəm kişi:] Sən torpağın necəliyini məndən soruş, bala! M.İbrahimov.

NEÇƏ (ID - 30714)

1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyi: nə qədər, nə miqdar. Neçə kitab aldın? Bu gün neçə yerə getmisən? Neçə şagirddən dərs soruşdun? - [Məşədi İbad:] Qardaşoğlu, haqqhesabımız...

NEÇƏNCİ (ID - 30715)

1. Əşyanın sırasını müəyyənləşdirmək üçün sual əvəzliyi; hansı? Neçənci sinifdə oxuyursan? Neçənci mərtəbədə yaşayır?
2. zərf mənasında. Bir dəfə deyil, bir neçə dəfə; çox, təkrarən. Neçənci gündür gəlibgedir....

NEÇİN, NEÇÜN (ID - 30716)

“Nə üçün” sual əvəzliyinin şeirdə və canlı dildə işlənən forması. Təəccübəm ki, neçin rəhmə gəlmədin, zalım? Fəraq oduna yaxıb salmısan nə halə məni! X.Natəvan. [Mehriban:] Neçin gözləriniz xəyala daldı? Nə oldu...

NEFRIT (ID - 30717)

[yun.] tib. Böyrək iltihabı.

NEFT (ID - 30718)

is. Yanacaq kimi işlədilən, habelə bir çox müxtəlif məhsullar (benzin, vazelin, parafin və s.) almaq üçün xammal kimi istifadə olunan, adətən tünd-qəhvəyi və ya qara rəngli yağlı mineral maye. □ Ağ neft - yanacaq kimi istifadə...

NEFTAYIRAN (ID - 30719)

is. Neftayırma sənayesi işçisi. Neftayıranların yarışı. //bax neftayırma. [Zərifə] sənət məktəbində oxudu, oranı qurtarandan sonra neftayıran zavoda işləməyə getdi. H.Seyidbəyli.

NEFTAYIRMA (ID - 30720)

is. və sif. Xam nefti üzvi hissələrinə ayırmaqla məşğul olan. Neftayırma zavodu.

NEFTÇIXARAN (ID - 30721)

is. Neftçıxarma sənayesi işçisi. Neftçıxaranlar bu gün təmirçilərin işindən çox razı qalmışdılar. (Qəzetlərdən).

NEFTÇIXARMA (ID - 30722)

is. və sif. Neft istehsalı ilə, neft çıxarılması ilə məşğul olan. Neftçıxarma briqadası. // Neft istehsalı ilə, neft çıxarılması ilə əlaqədar olan. Neftçıxarma planı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed