
NAZİLMƏKbax nazikləşmək. Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışırdı. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. Qışqıraqışqıra getdikcə qatar; Çay nazilir gözlərimdə. O.Sarıvəlli.
Paylaşın - Hamı bilsin
|