İzahlı lüğət

NAZİR

is. [ər.] 1. Nazirliyə (1-ci mənada) başçılıq edən hökumət üzvü. Maliyyə naziri. Maarif naziri. - Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Bakıdan nazir kəndə gələndə birbaş maşını sürür tarlaya, kolxozçularla görüşür. Ə.Sadıq.
2. Nəzarət edən, baxan, idarə edən; inspektor (2-ci mənada). ..Günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir.. Məmmədquluzadə. Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda üzərimizə .. elə çığırdı ki, yoldaşlarımızdan bəziləri qorxularından ağlamağa başladı. T.Ş.Simurq.
□ Hazıra (hazırına) nazir - b ax hazır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NIX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed