
NƏCİBANƏsif [ər. nəcib və fars. ...anə] Nəciblərə məxsus, nəcib adamlar kimi. Nəcibanə sifət. Nəcibanə təbiət. - Qoy nə əslin, nəcabətin olsun; Nə nəcibanə halətin olsun. M.Ə.Sabir. Ağuşi-nəcibanədə, aldanma, yerin yox! Gər Qeys ilə həmdərdi-biyaban ola bilsən. C.Cabbarlı. // Zərf mənasında. Nəcibanə danışmaq. Nəcibanə hərəkət etmək.
Paylaşın - Hamı bilsin
|