İzahlı lüğət

NAZ-NEMƏT, NAZÜ NEMƏT

is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu” . [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın; Ortaya hər çeşid naz-nemət saçın! Şaiq. // Var, var-dövlət, sərvət mənasında. Dünyanın nazü neməti insan zəhmətinin başındadır, - deyə qoca bostançı öyünürdü. S.Rəhimov. □ Naz-nemət içində yaşamaq (bəslənmək, böyümək) - həyatda heç bir şeydən çətinlik çəkməmək, firavan həyat keçirmək, xoşbəxt yaşamaq, var-dövlət içində bəslənmək. Naz-nemət içində bəslənən bəxtiyarlar; Sanki deyirlərdi ki, yazıq, nəhayətin nə? M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed