
NAZLANMAQf Naz eləmək, işvə etmək, naz satmaq. [Koroğlu:] Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. “Koroğlu” . Sara xanım bu sözdən sonra qara kirpiklərini bir-biri üzərinə tikərək nazlandı.. M.S.Ordubadi. Qarşımda nazlanıb yenə gülürsən; Bilsən gülüşlərin nəyə bənzəyir? M.Müşfiq. // Obrazlı təşbehlərdə. Nazlandıqca sərin külək; Sahillərə sinə gərək. S.Vurğun. Ay gümüş dalğalarda nazlanır gəmi kimi. N.Rəfibəyli.
Paylaşın - Hamı bilsin
|