İzahlı lüğət

NAZİKLƏŞMƏK

f. 1. Nazik olmaq, nazik hala düşmək; incələşmək. [Bəziləri] gecə evdə yatandapapaqlarını başlarından çıxartmırlar, bunun da nəticəsi bu olur ki, mürur ilə onların başlarının çanağı nazikləşir və kiçilir. C.Məmmədquluzadə.
Arıqlamaq, cılızlaşmaq, zəifləşmək, incəlmək. [Rüxsarənin] saralmış üzündə və çubuq kimi nazikləşmiş (f.sif.) qollarında ətdən bir əsər də qalmamışdı. T.Ş.Simurq. [Tapdığın] gün-gündən bət-bənizi saralır, qoluqıçı nazikləşirdi. Ə.Vəliyev.
Getdikcə incələşmək, naziklənmək. Sona uclara doğru nazikləşən (f.sif.) qalın qara qaşlarını çatıb dedi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NIX

NUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed