NEÇƏ1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyi: nə qədər, nə miqdar. Neçə kitab aldın? Bu gün neçə yerə getmisən? Neçə şagirddən dərs soruşdun? - [Məşədi İbad:] Qardaşoğlu, haqqhesabımız neçə elədi? Ü.Hacıbəyov.
əvəz. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. C.Məmmədquluzadə. Neçə dəqiqə idi, sakitlik bərpa idi. Çəmənzəminli. əvəz. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. Saat neçədir? Saat neçədə gələcək? əvəz. Çox, çoxlu; bir neçə. [Əliməmməd Vaqifə:] Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun! Çəmənzəminli. Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. B.Vahabzadə. Is. mənasında. Birdən artıq (çox) adam. Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı). Neçəsinin əli dolu; Neçəsinin əli boşdur. Vahabzadə. [Sərvnaz:] Hümmət sənin [Şahpəri] fitvanla neçələrini gözümçıxdıya saldı? B.Bayramov. □ Bir neçə - bir miqdar, qeyri-müəyyən miqdarda. Bir neçə adam. Neçəyədir, neçədəndir şəklində - qiyməti nə qədərdir, bahası nədir. Kitab neçəyədir? Parçanın metri neçəyədir? neçə-neçə zərfi Bir çox, çoxlu, bir neçə. Neçə-neçə ölkələr gəzib. Neçə-neçə illər gəlib keçib. Bu işin neçə-neçə səbəbləri var. Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “şeytan” adında onun bir düşməni var. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|