İzahlı lüğət

NƏLBƏKİ

is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab. Dilşadxanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq. Sona .. öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi.. Ə.Əbülhəsən. Nəlbəki boyda (böyüklüyündə) - nəlbəkiyə oxşayan, nəlbəki kimi. Nəlbəki boyda gül. Nəlbəki boyda ay-ulduz. - [Kərbəlayı Məmmədəli:] ..Oradan, buyur, mənə bir medal gəlsin nəlbəki böyüklüyündə. N.Vəzirov. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NEN

NUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed