
NEŞTƏRLƏMƏKf. 1. Neştərlə deşmək, kəsmək, yarmaq. Xan Əsliyə həsrət qoydun Kərəmi; Xəncər alıb neştərlədin yaramı. Aşıq Kərəm.
2. məc. dan. Sancmaq, acılamaq. Arı əlimi neştərlədi. // Məc. mənada. [Xanpəri:] Səndən söz soruşurlar, .. əvvəlcə cavab ver, sonra başla neştərləməyə. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|