İzahlı lüğət

NEY

is. [fars.] 1. Qarğıdan, qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti. Çobanın çaldığı neyin səsi də qoyun mələşmələrinə qarışaraq bir musiqi ansamblını xatırladır. M.S.Ordubadi. Sahildə ağ yelkənli qayıqda xidmət edən dəstədən ney səsi ətrafa yayılırdı. S.Rəhimov. □ Ney kimi (təki) həzin-həzin, yanıqlı. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan; Qoy nəva ney təkedim ta nəfəsim var mənim. S.Ə.Şirvani. // Qamış, qarğı.
2. Qəlyanın, çubuğun, müştüyün ağıza salınan hissəsi, ağızlığı. [Hikmət İsfəhani] qəlyanın neyini əlinə aldı və dodağına yapışdırıb xoruldatdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......