
NİSGİLis. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd. Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev. [Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin ürəyimi dağlayır! Çəmənzəminli. □ Nisgil eləmək - özünə dərd eləmək, qüssələnmək, kədərlənmək. Hərçənd kasıbıq, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil eləmədim. M.S.Ordubadi.
□ Ürəyində nisgil qalmaq - arzusu, gözlədiyi şey vaxtında yerinə yetmədiyi üçün bir dərd olaraq ürəyində qalmaq. Vur-tut ikicə ilin gəlini olan Geysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev. Dostum, ürəyində qalmasın nisgil; Qoy açım sirrimi, sən də eşit, bil! R.Rza. Paylaşın - Hamı bilsin
|