İzahlı lüğət

NUR

is. [ər.] 1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır. - Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Səhhət. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Göy üzü damardamar; Göydən yerə nur damar. (Bayatı). Nur almaq- bax nurlanmaq. Nur saçmaq (səpmək, tökmək) - işıq vermək, işıqlatmaq, ziya saçmaq, parlatmaq. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar .. parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. A.Şaiq. Göyün altun saçlı qızı nur saçar; Insanların tutqun könlünü açar. H.Cavid. Nura boyamaq (qərq etmək) - işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şəfəqləndirmək. Nura boyanmaq (qərq olmaq) - hər tərəf aydınlıq, işıq içərisində olmaq, şəfəq vermək, parlamaq. Çilçıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır. S.Vurğun. Günəş çoxdan doğmuş, ətrafı nura qərq eləmişdi. Ə.Vəliyev.
2. məc. Maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed