
NADİNCLİKis. 1. Dəcəllik, şuluqluq. Nadinclik etmək. - O, öz nadincliyindən zövq alan bir dəcəl kimi şən-şən gülümsəyir. M.Rzaquluzadə.
2. Dinc oturmama, rahat oturmama, ara qarışdırma. Hökumət rəiyyətin nadincini sevir, çünki onlar cəriməni ancaq nadinc adamlardan ala bilərlər. Bizim kənddə isə nadinclik yoxdur. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|