
NAƏLAC[fars. na... və ər. əlac] 1. Bax əlacsız 2-ci mənada. [İmran:] Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. S.S.Axundov. Insanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac (z.) kənarda oturub baxsın. C.Cabbarlı. [Eyvaz:] Mən naəlac qalaraq ayağa durdum. İ.Əfəndiyev.
2. Is. mənasında. Yazıq, fağır, əlacsız, əlsizayaqsız adam. ..Dünyada hər bir şeydən gözəlraq naəlaclara kömək etməkdir. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|