
NİSARis. [ər.] klas. Bağışlama, qurban etmə, vermə. Ələsgərəm, ismim deyim aşikar; Qədir bilən dosta başü-can nisar. Aşıq Ələsgər. □ Nisar etmək - vermək, bağışlamaq, qurban etmək. Sənə gülşəndə nisar etmək üçün hər nərgis; Götürübdür başa altun dolu bir sim təbəq. Füzuli. [Ağa Kərim xan:]
Bir səbəb yoxdur ki, mən Züleyxaya pis sifət göstərim, mən canımı, malımı sənin yolunda nisar etməyə hazıram. N.Vəzirov. [Pəri Cadu:] Belə bir zəif canımı sənin ayağının altında nisar edəcəyəm. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|