İzahlı lüğət

NİFRİN

is. [ər.] Lənət, bəddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vəzirov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli. □ Nifrin etmək (yağdırmaq) - lənətləmək, bəddua etmək, qarğışlamaq. [Hatəmxan ağa:] ..Mənə Allah lənət etsin, əgər ona nifrin edib, onu oğulluqdan çıxartmasam. Ə.Haqverdiyev. [Sənubər] bəlkə də var qüvvəsilə nifrin yağdırmaq, lənətləmək istədi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NEN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed